Baş Prokurorluqdan VETENNAMİNE.AZ -a verilən məlumata əsasən, tədbirdə Azərbaycan Respublikasını təmsil edən Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin prokuroru Murad Bayramlı çıxış edərək Baş Prokurorluğun struktur qurumu olmayan, prokurorluq sistemində özünüidarə etmə funksiyasını yerinə yetirən ad hoc qurumların fəaliyyəti, həmçinin Elektron Prokurorluq İnformasiya Sisteminin təşkili və əldə edilmiş nəticələr barədə ətraflı məlumat verib.
Plenar iclasda ekspert qrupu tərəfindən “Prokurorlar Şurası və prokurorluğun özünüidarə etmə qurumları” adlı 18 saylı Rəy və “Prokurorluq fəaliyətinin rəqəmsallaşması” adlı ümumiləşdirmə geniş müzakirə edilərək qəbul edilib. Sənədin müzakirəsi zamanı ümumi rəy üzrə müvafiq müddəaların qəbul olunmasında ölkəmizin müsbət təcrübəsi nəzərə alınıb.
Plenar iclasın sonunda Çex Respublikasının nümayəndəsi Yana Zezulova yekdilliklə Şuranın növbəti il üçün prezidenti seçilib.
Vətən Naminə Mətbuat Xidməti