Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dekabrın 5-də Rusiya Federasiyası Prezidentinin köməkçisi İqor Levitin ilə görüşüb.
Bunu vetennamine.az saytı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin saytına istinadən xəbər verir
Görüşdə Azərbaycan ilə Rusiya arasında müxtəlif sahələrdə dostluq əlaqələrinin inkişafından məmnunluq ifadə olunub.
Söhbət zamanı, həmçinin Azərbaycan-Rusiya qarşılıqlı faydalı tərəfdaşlığının gündəliyində yer alan aktual məsələlər müzakirə edilib.