VETENNAMİNE.AZ xəbər verir ki, tədbirdə YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov, Millət
vəkili Əliabbas Salahzadə, Balaxanı Əməliyyat Şirkətinin Vitse-
prezidentləri Əli Həsənli və Əhməd Kələşov, Ərazi Partiya Təşkilatının
sədri Kərim Aşurov, qocaman neftçi Telman Cəfərov və digər
nümayəndələr iştirak ediblər.
Dövlət Himni ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin, Zərifə
xanım Əliyevanın və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından
keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra akademik Zərifə Əliyevanın zəngin həyat və
yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan YAP Sabunçu Rayon Təşkilatının sədri Araz
Xudadanov Zərifə Əliyevanın özünün bütün həyatını Azərbaycanda
oftolmalogiyanın, tibbin inkişafına həsr etməsindən və bu sahədə kifayət
qədər ixtiralara imza atmından bəhs etmişdir. Görkəmli oftalmoloq-alim,
akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurların
Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil etdiyini,
onun keçdiyi şərəfli ömür yolunun hər bir Azərbaycan vətəndaşı, hər bir
alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik
məktəbi olduğunu qeyd etmişdir.
Çıxış edən Millət vəkili Əliabbas Salahzadə, Balaxanı Əməliyyat
Şirkətinin Vitse-prezidentləri Əli Həsənli və Əhməd Kələşov, Ərazi
Partiya Təşkilatının sədri Kərim Aşurov, qocaman neftçi Telman
Cəfərov və digərləri akademik Zərifə xanım Əliyevanın Azərbaycan
oftalmologiya elmini dünya təbabətində beynəlxalq oftalmologiya elmi
mühiti səviyyəsinə qaldırması, elmi-pedaqoji fəaliyyəti, çox şaxəli elmi-
tədqiqat işləri, yüksək ixtisaslı gənc alim kadrları yetişdirməsi, xalqının
tərəqqisi və maariflənməsinə əvəzsiz töhfələr verməsi və zəngin
mənəviyyata sahib olmasından söz açdılar, xalqımızın qəlbində əbədi
yaşayacağı, daim dərin ehtiram və rəğbətlə anılacağını qeyd ediblər.
Daha sonra tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin 100 illik
yubileyi münasibəti ilə şirkət tərəfindən Sabunçu qəsəbəsində salınacaq
parkın tikinti işləri ilə tanış oldular.
Asiman Xəlili
Vətən Naminə Mətbuat Xidməti