Ekologiya və Təbii Sərvətlər Nazirliyindən VETENNAMİNE.AZ-a verilən məlumata əsasən, konfransda gənclər və idman naziri Fərid Qayıbov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev çıxış edərək ölkəmizin bu il COP29 tədbirinə ev sahibliyi edəcəyi bir ərəfədə Gənclərin I İqlim Danışıqlarını yüksək qiymətləndirib və konfrans iştirakçılarına uğurlar arzulayıblar.
Panel iclasında BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi xanım Vladanka Andreyeva, BMT Baş katibinin İqlim Dəyişmələri üzrə Məşvərət Şurasının üzvü Joyce Mendez, COP29-un Azərbaycan üzrə “Gənclər İqlim Çempionu” Leyla Həsənova və digər rəsmi şəxslər iştirak ediblər.
Vətən Naminə Mətbuat Xidməti