VETENNAMINE.AZ saytının tədbirdə iştirak edən müxbirinin verdiyi məlumatına görə, E.Balacanov təmsil etdiyi qurumun qonşu ölkələrlə, xüsusən də türk dövlətləri ilə kibertəhlükəsizlik sahəsində əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.
“Azərbaycanda kibertəhlükəsizlik sahəsində addımlar atılmasa illik itkilər 11-12 milyard manat təşkil edə bilər”. Bunu tədbirdə iştirak edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.
O qeyd edib ki, bu gün bizim illik xərclərimiz təxminən 32 milyard manatdır. Hər xərclənən 1 manat 4,5 manat ümumdaxili dəyər yaradır. Əsasən dünya ölkələrində xərclərin 1 faizi kibertəhlükəzilik sahəsinə yönəldilir. Bu isə onu deməyə əsas verir ki, bizdə kibertəhlükəziklik üçün xərclənən hər bir manat ortalama 33 manatın itkisinin qarşısını alır.
Asiman Xəlili
Vətən Naminə Mətbuat Xidməti