BƏT və sosial tərəfdaşlarla birgə yeni Layiqli Əmək üzrə Ölkə Proqramının prioritetləri müəyyən olunur

Azərbaycan ilə Beynəlxalq Əmək Təşkilatı (BƏT) arasında yeni Layiqli Əmək üzrə Ölkə Proqramının (2022-2026) prioritetlərinin müəyyən olunmasına və gözlənilən nəticələrinə dair konfrans öz işinə başlayıb.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən Vetennamine.az-a bildiriblər.

Konfransda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, BƏT-in Layiqli Əməyə Texniki Dəstək Qrupu və Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Ofisinin direktoru Olqa Kulayeva, hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri iştirak edir.

S.Babayev yeni Layiqli Əmək üzrə Ölkə Proqramının ölkəmizdə beynəlxalq gündəliyə uyğun fundamental əmək hüquqları və prinsiplərinin təminatında yeni təşəbbüsləri nəzərdə tutduğunu bildirib. Layiqli əməyin – məhsuldar əməyə nail olunması, sabit, təhlükəsiz, keyfiyyətli iş yerlərinin yaradılması, işçi qüvvəsinin keyfiyyətinin artırılması, sosial dialoqun daha da gücləndirilməsi demək olduğunu qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.