BƏT-in sessiyasında Azərbaycanda əmək və sosial müdafiə sahəsində aparılan islahatlar barədə məlumat verilib

Azərbaycanın Qoşulmama Hərəkatının sədri olaraq pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsindəardıcıl səyləri diqqətə çatdırılıb

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən Vetennamine.az-a bildiriblər.

Əmək əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Beynəlxalq Əmək Konfransının 110-cu sessiyasında çıxış edib.

Nazir müavini Azərbaycanda sosial sahədə aparılan siyasətin ilk növbədə sosial müdafiə sisteminin əhatəliliyinin təmin edilməsinə yönəldiyini qeyd edib.

Bu siyasətin  dövlət sosial xidmətlərinə rahat  şəffaf çıxışın yaradılmasına, həssas qrupların sosial təminatının gücləndirilməsinə xidmət etdiyini bildirib.

Son 3 ildə ölkəmizdə 4 milyon insanı əhatə edən 3 sosial islahat paketinin həyata keçirildiyini qeyd edən A.Kərimov bu islahatlar üçün əlavə illik 6 milyard manat (təxminən 3,5 milyard ABŞ dolları) vəsait ayrıldığını diqqətə çatdırıb.

O, Azərbaycanda əmək sosial müdafiə sahəsində innovativ həllərin geniş tətbiqinin prioritet olduğunu vurğulayıb. 154 sosial xidmətin vahid platformadan şəffaf  operativ şəkildə təqdim olunmasını təmin edən DOST mərkəzləri barədə məlumat verib.

Əmək, məşğulluq, sosial təminat üzrə 110 xidmətintam avtomatlaşdırıldığını, onların yarısının proaktiv xidmətlər olduğunu deyib.

A.Kərimov 44 günlük Vətən müharibəsi nəticəsində ölkəmizin ərazilərinin Ermənistanın işğalından azadedildiyini, həmin ərazilərin yaşıl enerji zonalarına çevriləcəyini, smart konsepsiyalar əsasında yenidən qurulmaqda olduğunu diqqətə çatdırıb.

Nazir müavini Azərbaycanın Qoşulmama Hərəkatının sədri olaraq pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsində ardıcıl səylərindən bəhs edib. Həmçinin ölkəmizin təşəbbüsü ilə Qoşulmama Hərəkatı adındanbütün ölkələrin peyvəndlərə bərabər universal çıxışını nəzərdə tutan qətnamənin BMT-nin İnsan Hüquqları Şurasında qəbul olunduğunu qeyd edib.

A.Kərimov ölkəmizdə əmək məşğulluq sahəsində siyasətinin həyata keçirilməsində Beynəlxalq ƏməkTəşkilatı sosial tərəfdaşlarla sıx əməkdaşlığın həyata keçirildiyini vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.