Bərdədə şəhid Asif Abışovun doğum günü qeyd edilib.

Mayın 16 – da şəhid Asif Abışovun doğum günü onun doğulub, boya – başa çatdığı Bərdə rayonunun Qaradəmirçi kəndindəki evində qeyd edilib.
Tədbirdə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Bərdə rayon şöbəsinin sədri Etibar xanım Hüseynova, Bərdə cümə məscidinin axundu Hacı Ramazan Hüseynov, YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya və partiyanın üzvləri, Bərdə rayon İcra Hakimiyyətinin əməkdaşları, Qaradəmirçi kənd tam orta məktəbinin direktoru və müəllimləri, KİV nümayəndələri, şəhid ailələri, Qarabağ qaziləri və Bərdə ictimaiyyətinin fəalları iştirak ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.