05.11.2022-ci il tarixində Bərdə rayon Tarix Diyarşünaslıq muzeyində ” 8 noyabr Zəfər günü ” ilə əlaqədar tədbir keçirilmişdir . Tədbirdə Muzeyin rəhbəri Mehriban Əliyeva , Şəhid anaları , qazilər , 1 saylı Bərdə rayon məktəbinin şagirdləri və Azərbaycan Qarabağ Müharibəsi Əlilləri , Veteranları və Şəhid Ailələri ictimai birliyinin Bərdə rayon filial sədri Etibar Hüseynova və ictimai birliyin digər üzvləri iştirak etmişlər .
vetennamine.az xəbər verir ki , Bu Tarix Diyarşünaslıq muzeyində Bərdə rayonunun 66 Şəhidinin şəxsi əşyaları saxlanılır.
Əvvəlcə tədbirdə 1 saylı məktəbin şagirdləri fərqli kompozisiyalarla çıxış etmişlər.Daha sonra isə çıxış üçün söz Azərbaycan Qarabağ Müharibəsi Əlilləri , Veteranları və Şəhid Ailələri ictimai birliyinin Bərdə rayon filial sədri Etibar Hüseynovaya verilmişdir.Sonda Etibar Hüseynova bu tədbirin keçirilməsinə görə muzeyin rəhbəri Mehriban xanım Əliyevaya öz təşəkkürünü bildirmiş həmçinin Fəxri Fərmanla təltif etmişdir.
Həlimə Əliyeva