Yanvar 23, 2022

Bərdə rayonunda şəhid Paşayev Ramil Şakir oğlunun doğum günü qeyd olundu

28 iyul 2021-ci il tarixdə Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin 
tapşırığına əsasən Vətən müharibəsində şəhid olan Bərdə rayonu Əyricə kəndindən olan
şəhidimiz Paşayev Ramil Şakir oğlunun doğum günü  münasibəti  ilə şəhidin ailəsi
ziyarət olunmuş, qəbirüstü abidəsinə gül dəstələri qoyulmuşdur. Tədbirdə Bərdə rayon
İcra Hakimiyyəti başçısının müavini, YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya,
rayon İcra Hakimiyyəti başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri
ilə işin təşkili şöbəsinin müdiri Samir Səfərov  və şöbənin böyük məsləhətçisi Ziya
İsmayılzadə, Millət vəkili Fatma  Yıldırımın köməkçisi Fuad Ağayev, Bərdə rayon İcra
Hakimiyyəti başçısının Əyricə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Royal
Namazov, “Qarabağ Qaziləri” İctimai birliyinin sədri Sürəddin Səfərov, şəhər 7 saylı
tam orta məktəbin direktoru Mehparə Mustafayeva, rayon ictimaiyyəti və başqaları 
iştirak etmişlər.
Tədbirdə Fəqət Şadlinskaya bildirmişdir ki, 2020-ci il ölkəmiz üçün Qələbə ili kimi
tarixə düşdü. Möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin
uzaqgörən və qətiyyətli siyasəti, xalqımızın birliyi və müzəffər Ordumuzun peşəkarlığı
sayəsində, şəhidlərimizin qanı, qazilərimizin canı hesabına  30 illik həsrətə son
qoyulmuşdur. Bütün Azərbaycan xalqı kimi bərdəlilər ilk gündən Vətən müharibəsində
Ali Baş Komandanın ətrafında birləşmiş, oğulları igidliklər göstərmiş, canlarını qurban
verməkdən çəkinməmişlər. Şəhid olan qəhrəman oğullarımızdan biri də bugün 27 yaşı
tamam olan Paşayev Ramil Şakir oğludur. Onun qəhrəmanlığı cənab Prezident İlham
Əliyevin Sərəncamı ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”,
“İgidliyə görə” medalları ilə qiymətləndirilmiş, ailəsi dövlətin diqqət və qayğısı ilə
əhatə olunmuşlar. 
Şəhidimizin atası Şakir Paşayev oğlu şəhid Paşayev Ramilin  hərbidəki  xidmətindən  və
ömür yolundan danışmış, möhtərəm Prezidentimiz cənab İlham Əliyev və ölkənin
Birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən dövlət səviyyəsində şəhid
ailələrinə göstərilən diqqət və qayğıdan  məmnunluğunu ifadə etmişdir. Digər çıxışçılar
Millət vəkili Fatma  Yıldırımın köməkçisi Fuad Ağayev, şəhidin döyüşçü yoldaşları,
“N” saylı hərbi hissənin komandir və hərbçiləri, Bərdə rayon İcra Hakimiyyəti
başçısının Əyricə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Royal Namazov,
“Qarabağ Qaziləri” İctimai birliyinin sədri Sürəddin Səfərov, Azərbaycan Vətən
Müharibəsi İctimai Birliyi rayon şöbəsinin sədri İsmayıl Rüstəmov və başqaları çıxış
edərək ölkəmizdə  şəhidlərin xatirəsinin əziz tutulduğundan, şəhid ailələrinə və qazilərə
olan dövlət qayğısından, şəhid Paşayev Ramilin döyüş yolundan, xatirələrindən
danışmış, onun timsalında bütün şəhidlərə rəhmət, qazilərə can sağlığı arzulamışlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir