Şəhid Kərimov Mübarizin anım günü

03.07. 2022-ci il tarixində Bərdə rayon Ləmbəran kəndində şəhid Kərimov Mübariz İsa oğlunun anım mərasimi keçirilmişdir.Tədbirdə kənd ictimayyəti, şəhidin ailə üzvüləri, Bərdə rayon filial sədri Etibar Hüseynova iştirak etmiş, şəhidin məzarı və ailəsi ziyarət edilmişdir.Ləmbəran kəndindəki  şəhidlər abidəsi də  ziyarət edilmişdir.Tətdirdə vətənpərvərlik işindəki fəallığına görə, Qarabağ idman təşkilatının rəhbəri, 2 ci DAN Qara kəmər usdası, Məmmədov Baxşeyiş Tahir oğlu Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai birliyinin ” Fədai” medalı ilə təltif edilmişdir.

Təltifə görə Baxşeyiş MəmmədovAzərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai birliyinin sədri Palkovnik M.Mehdiyevə öz minnətdarlığını bildirmişdir.Daima bu etimadı doğruldacağına söz vermiş və Vətənim Azərbaycana xidmət edirəm demişdir.

 

Həlimə Əliyeva

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.