HomeBütün XəbərlərBərdə rayonunda Fövqalədə Hallar Nazirliyinin yaradılmasının 10 illiyi ilə əlaqədar tədbir keçirilmişdir

Bərdə rayonunda Fövqalədə Hallar Nazirliyinin yaradılmasının 10 illiyi ilə əlaqədar tədbir keçirilmişdir

Bərdə rayonunda Fövqalədə Hallar Nazirliyinin yaradılmasının 10 illiyi ilə əlaqədar tədbir keçirilmişdir

17 dekabr 2015-ci il.

16 dekabr 2015-ci il tarixdə Bərdə rayon Gənclər və İdman idarəsinin Mədəniyyət və turizm şöbəsinin birgə təşkilatçılığı ilə Fövqalədə Hallar Nazirliyinin yaradılmasının 10 illiyi ilə əlaqədar nazirliyin rayon ərazisində yerləşən N saylı hərbi hissəsində qulluq edən zabit və əsgərlər üçün bayram tədbiri keçirilmişdir. Tədbirdə rayonun fəal gəncləri də iştirak edirdi.

Tədbiri giriş sözü ilə hərbi hissə komandirinin psixoloji təminat üzrə müavini mayor S.Bəhramov açaraq zabit və əsgərləri komandanlıq adından təbrik etdi və Fövqalədə Hallar Nazirliyinin yaradılması barədə danışdı.

Bərdə rayon Gənclər və İdman idarəsinin rəisi Anar Şahbazov çıxış edərək idarənin kollektivi adından hərbi hissənin bütün şəxsi heyətini təbrik etdi və onlara xidmətlərində uğurlar arzuladı. Sonra o, Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin ordu quruculuğuna, müvafiq strukturların tabeçiliyində olan hərbi hissələrin müasir tələbatlara uyğun olaraq təmin olunmasına göstərdiyi xüsusi diqqət və qayğıdan danışdı.

Bərdə rayon mədəniyyət mərkəzinin “Qarabağ” ansamblının üzvləri Firdovsi Məmmədovun, Ərəstun Əliyevin, Zülfüqar Məmmədovun və Həkim Hüseynovun ifasında səslənən müğamlar, xalq və bəstəkar mahnıları alqışlarla qarşılandı. Zabit və əsgərlər qonaqlarla birgə rəqs etdilər. Bir neçə əsgər öz şeirlərini söyləmiş və mahnılar ifa etmişlər.

Bərdə rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Aydin Qasımov şəxsi heyətin iştirakı ilə “Vətənimiz Azərbaycan” mövzusunda intellektual viktorina keçirdi. Suallara düzgün cavab verənlərə xatirə hədiyyələri təqdim olundu.

Yubiley münasibətilə bir qrup zabit Gənclər və İdman idarəsinin Fəxri Fərmanı ilə təltif olundular.
Tədbirin sonunda mayor S. Bəhramov çıxış edərək qonaqlara şəxsi heyət adından minnətdarlığını bildirdi.