Bu gün saat 18:00 radələrində Bərdə rayonunda 1978-ci il təvəllüdlü Ruhi Məmmədov şəxsi münasibətlər zaminində öz qonşusu 1993-cü il E.Məmmədova odlu silahdan atəş açaraq xəsarət yetirib.
VETENNAMİNE.AZ saytı xəbər verir ki, hazırda E. Məmmədov xəstəxanaya çatdırılıb və ilkin tibbi yardım göstərilib. Vəziyyəti qənaətbəxşdir.
R.Məmədov polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində saxlanılıb.
Faktla bağlı Bərdə RPŞ-də araşdırma aparılır.
Zahir Süleymanov