Vetennamine.az saytının Qarabağ regionu üzrə bölgə müxbiri Zahir Süleymanovun verdiyi məlumata əsasən , bugün Bərdə rayon N.Paşayev adına Əliyanlı kənd tam orta məktəbində 15.03.2023-cü il tarixində Novruz Bayramı tədbiri keçirildi. Novruz personajları-Kosa, Keçəl, Bahar qızı obrazlarını şagirdlər məharətlə canlandırdılar. Balacaların rəqsi, oynadıqları rollar,novruza, bahara aid şeirləri iştirakçılar tərəfindən hərarətlə qarşılandı. Daha sonra bayram tonqalı yandırıldı. Uşaqlar tonqalın ətrafında bayram rəqsi edərək, “ağırlığım,uğurluğum odlara” deyib tonqalın üzərindən tullandılar.
Vətən Naminə Mətbuat Xidməti