HomeBütün XəbərlərAzQMƏVŞAİB-in Sədri Mehdi Mehdiyevin Qurban Bayramı Təbriki

AzQMƏVŞAİB-in Sədri Mehdi Mehdiyevin Qurban Bayramı Təbriki

AzQMƏVŞAİB-in Sədri Mehdi Mehdiyevin Qurban Bayramı Təbriki

Əziz müsəlman bacı və qardaşlar!
İslam humanizm və demokratik ideyaları ilə dinlər arasında ən ümdə yerlərdən birini tutur. İslami dəyərlər və ənənələr xalqımızın dünyagörüşünün yaranmasında və mədəni inkişafında çox böyük rol oynamışdır. Xalqımız insanları mərhəmətə, həmrəyliyə və qardaşlığa çağıran Qurban Bayramını ən ülvi duyğularla qarşılayır, Allaha yaxınlığın təcəssümü kimi keçirirlər.
Əziz müsəlman bacı və qardaşlar!
Sizi, ailə üzvlərinizi və yaxınlarınızı xalqımızın, müsəlman dünyasının müqəddəs bayramlarından biri olan Qurban Bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, süfrələrinizə bərəkət, ailələrinizə firavanlıq və xoş güzəran arzulayıram.
30 ilə yaxın hər Qurban bayramında işğal altında olan torpaqlarımızın azad olunması arzusunu nəhayət ki, rəşadətli ordumuz azad etdi.
Bu münasibətlə bir daha sizləri təbrik edirəm.
Qoy Allah bu bayramda kəsdiyiniz qurbanları qəbul etsin.
Qurban Bayramınız Mübarək Olsun!

Hörmətlə,

AZQMƏVŞAİB-in sədri Mehdi Mehdiyev