AzQMƏVŞAİB-in Cəbrayıl rayon filialının üzvləri Fəxri xiyabanı ziyarət edib
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Cəbrayıl rayon filialının üzvləri Fəxri xiyabanı ziyarət edib.
VETENNAMİNE.AZ xəbər verir ki, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Cəbrayıl rayon filialının sədri Səbuhi Hüseynov və filialın üzvləri Fəxri xiyabanda olmuş, torpaqlarımızın işğaldan azad olunması uğrunda canından keçən qəhrəman şəhidlərimizin məzarlarını ziyarət etmiş, şəhid ailələri ilə görüşüblər.
Bu zəfəri bizə yaşadan şəhidlərin ruhuna dualar oxunub, şəhid məzarlarının üzərinə al qərənfillər qoyulub.
This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy. I Agree