VETENNAMİNE.AZ xəbər verir ki, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyin Cəbrayıl rayon filialının sədri Səbuhi Hüseynov, Milli Məclisin deputatı Ceyhun Məmmədovun köməkçisi Rəşad Quliyev, Cəbrayıl rayon qaziləri və şəhid ailələri Qarabağ müharibəsi zamanı şəhid olmuş, Cəbrayıl rayonunun ərazisində dəfn olunmuş şəhidlərin məzarlarını ziyarət edib, məzarları üzərinə gül dəstələri düzüblər.
Ziyarət ilk olaraq Aprel şəhidlərinin xatirəsini əbədiləşdirən abidəni ziyarətlə başladı.
Allah Şəhidlərimizə Rəhmət Etsin!
Şəhidlər Vətənin, Xalqın qürurudur!!!
Vətən Naminə Mətbuat Xidmətinin bölgə müxbiri
Məlahət Məhərrəmova