• Xəbər Lenti
  • Ən çox oxunan
  • Hamısı
  • Xəbərlər
  • Hərbi
  • Texnologiya
Azərkosmos: Azərbaycanın artıq kosmosda orbital mövqeyi var

Azərkosmos: Azərbaycanın artıq kosmosda orbital mövqeyi var

12 Yanvar 2024
YAP Biləsuvar rayon təşkilatı 8 noyabr – Zəfər Günü həsr olunmuş tədbir keçirib

YAP Biləsuvar rayon təşkilatı 8 noyabr – Zəfər Günü həsr olunmuş tədbir keçirib

06 Noyabr 2025
Şəhidlərimizin anım mərasimi keçirildi

Şəhidlərimizin anım mərasimi keçirildi

16 Oktyabr 2025
9 oktyabr – Vətən Müharibəsi şəhidi  Rəhimov Zamin Vahid oğlunun şəhadətə yüksəlməsindən 5 il keçir

9 oktyabr – Vətən Müharibəsi şəhidi Rəhimov Zamin Vahid oğlunun şəhadətə yüksəlməsindən 5 il keçir

09 Oktyabr 2025
YAP Bərdə rayon təşkilatı “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Zəfər tariximizin müəllimləri” adlı tədbir keçirib

YAP Bərdə rayon təşkilatı “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Zəfər tariximizin müəllimləri” adlı tədbir keçirib

03 Oktyabr 2025
“Qərbi Azərbaycana aparan yollar” adlı tədbir keçirilib

“Qərbi Azərbaycana aparan yollar” adlı tədbir keçirilib

03 Oktyabr 2025
Qarabağ qazisi Alekseyev Lətifin əziz xatirəsinə

Qarabağ qazisi Alekseyev Lətifin əziz xatirəsinə

02 Oktyabr 2025
Vətən müharibəsi şəhidi mayor Kəlbalıyev Səyavuş Hümbət oğlunun ildönümü münasibətilə anım tədbiri keçirilib

Vətən müharibəsi şəhidi mayor Kəlbalıyev Səyavuş Hümbət oğlunun ildönümü münasibətilə anım tədbiri keçirilib

30 Sentyabr 2025
Şəhidimiz Elməddin Hüseynzadənin 5-ci il dönümü qeyd edildi

Şəhidimiz Elməddin Hüseynzadənin 5-ci il dönümü qeyd edildi

29 Sentyabr 2025
HƏR AN EHTİRAMLA ANIRIQ…

HƏR AN EHTİRAMLA ANIRIQ…

27 Sentyabr 2025
Bərdə rayonun Bəcrəvan kəndində şəhid Məmmədli Namiq Ağamməd oğlunun anım mərasimi keçirildi

Bərdə rayonun Bəcrəvan kəndində şəhid Məmmədli Namiq Ağamməd oğlunun anım mərasimi keçirildi

15 Sentyabr 2025
Vətən müharibəsi şəhidi Ağayev Vahid Məcnun oğlunun doğum günü münasibətilə anım tədbiri keçirilib

Vətən müharibəsi şəhidi Ağayev Vahid Məcnun oğlunun doğum günü münasibətilə anım tədbiri keçirilib

15 Sentyabr 2025
Şəhid Əlizadə Pərvin Vüqar oğlunun doğum günü münasibəti ilə anım mərasimi keçirilİb

Şəhid Əlizadə Pərvin Vüqar oğlunun doğum günü münasibəti ilə anım mərasimi keçirilİb

11 Sentyabr 2025
  • Əlaqə
  • Əsas səhifə
  • Haqqımızda
  • Saytın istifadə qaydaları
Vətən Namin TV
Bazar, Noyabr 9, 2025
Vətən Naminə
  • Əsas
  • Xəbərlər
  • Sosial
  • Hərbi
  • Qanunvericilik
    • Qanun
    • Fərman
    • Sərəncam
    • Qərar
  • Digər
    • Sosial sahibkarlıq
    • Elm və təhsil
    • Müsahibələr
    • Araşdırma
    • Məqalələr
    • Tədbirlər
No Result
View All Result
Vətən Naminə
No Result
View All Result
Əsas Xəbərlər İqtisadiyyat

Azərkosmos: Azərbaycanın artıq kosmosda orbital mövqeyi var

Azərbaycan telekommunikasiya peyklərini heç bir dövlətdən asılı olmadan özünəməxsus orbital mövqedə yerləşdirə biləcək

Yazar Mətbuat Xidməti
12 Yanvar 2024
Kateqoriya İqtisadiyyat
A A
Facebook-da paylaşınTelegram-da paylaşın

46° ş.u. (Şərq uzunluğu) orbital mövqeyində yerləşən “Azerspace-1” peykinin xidmət göstərdiyi C və Ku tezlik diapazonlarının idarəetməsi Azərbaycan hökumətinin adına qeydiyyata alınıb. Qeydiyyat Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) tərəfindən təsdiqlənib.

Bu barədəVETENNAMİNE.AZ-a “Azərkosmos”dan bildirilib.

Məlum olduğu kimi, 2013-cü ildə orbitə buraxılan “Azerspace-1” telekommunikasiya peyki Malayziya administrasiyasına məxsus 46° ş.u. orbital mövqeyinin C və Ku tezlik diapazonlarında fəaliyyət göstərirdi. Bu diapazonların Azərbaycanın adına keçməsi o deməkdir ki, “Azerspace-1” peyki artıq Malayziyanın deyil, Azərbaycanın özünəməxsus orbitində fəaliyyət göstərir.

46° ş.u. mövqeyinin Azərbaycana verilməsi üçün fəaliyyətə 2020-ci il dekabrın 8-də zəruri sənədlərin BTİ-yə təqdim olunması ilə başlanılıb. Qlobal təcrübədə bir orbital mövqenin əldə olunması yeddi illik fəaliyyət dövrünü əhatə etsə də, Azərbaycanın bu sahədə ixtisaslaşmış mütəxəssisləri tərəfindən bu proses üç ilə tamamlanıb. Bu müddət ərzində Azərbaycan tərəfi ümumilikdə 34 ölkənin 265 peyk şəbəkəsi ilə bağlı koordinasiya danışıqlarını uğurla yekunlaşdıraraq razılaşmalar əldə edib.

Qeyd edək ki, 46° ş.u. mövqeyi Azərbaycanın geostasionar kəmərdə malik olduğu ilk və yeganə orbital mövqedir. Bu da Azərbaycanın gələcəkdə telekommunikasiya peyklərini heç bir dövlətdən asılı olmadan özünəməxsus orbital mövqedə, yəni 46° ş.u. yerləşdirməsinə imkan verir.

Telekommunikasiya, yayım və hava proqnozları üzrə fəaliyyətdə olan peyklər üçün artıq məhdud məkana çevrilən geostasionar kəmər ekvatordan təxminən 36.000 kilometr yüksəklikdə yerləşir. Bu hündürlüyün əsas əhəmiyyəti odur ki, burada olan peyklər Yer səthi ilə eyni sürətlə fırlanır. Bunun sayəsində həm peyk operatorları, həm müştərilər, həm də evdən peyk vasitəsilə televiziya və radio izləyənlər antenlərini bir nöqtəyə tuşlanmış vəziyyətdə saxlayaraq peykdən davamlı siqnal ala bilirlər.

Dövlətlər özlərinin və ya onlara müraciət etmiş özəl şirkətlərin geostasionar kəmərdəki boş orbital mövqelərdən istifadəsi üçün rəsmi qaydada BTİ-yə müraciət edirlər. Həmin mövqelərdə yerləşəcək peyklər hazırda ya yığılır, ya da buraxılışını gözləyir. Geostasionar məkandakı peyk 15-20 illik ömrünün sonuna çatdıqda orbital mövqeyə sahib olan ölkə həmin mövqedəki peykini əvəz etmək imkanına malikdir. Bu tənzimlənmə prinsipi faktiki olaraq ölkələrə öz mövqelərini qeyri-müəyyən müddətə kimi saxlamağa imkan verir.

Kosmos sahəsinə yeni qoşulan bir ölkə heç də asanlıqla geostasionar orbitdə peyk yerləşdirə bilmir. Bunun üçün gərək seçdiyi orbital mövqeni digər orbital mövqeyə sahib olan ölkələrlə razılaşdırsın.

Nəticə etibarilə geostasionar kəmər kimi məhdud resursa sahib ölkələr arasında artıq Azərbaycan da özünəməxsus orbital mövqeyi ilə söz sahibidir.

Vətən Naminə Mətbuat Xidməti           

Etiketlər #axtarıs#dunya#dünyagörüşü#fm#media#məqalə#news#sosial#vətənnaminə#xəbər#xəbərlər#xəbərvaxtı#yaşıldünyanaminəhəmrəylikiliKiber
Plugin Install : Subscribe Push Notification need OneSignal plugin to be installed.
Əvvəlki xəbər

Azərbaycan Ordusunun bir neçə vəzifəli şəxsi ehtiyata və istefaya göndərilib

Növbəti xəbər

Azərbaycan müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib

RSS Vətən Naminə TV

  • Şəhid XTQ Qüvvələrinin Giziri Naibov Devran Fazil oğlunun 5 ci il dönümü qeyd olunub. 08 Oktyabr 2025
  • Şəhid Quliyev Mehman Telman oğlunun 5-ci ildönümü qeyd olunub 07 Oktyabr 2025
  • ŞƏHİDLƏRİMİZİ YAŞADAQ | Hüseynzadə Elməddin 13 İyun 2024
  • “ŞAHDAĞ QUBA & TRUSKAVETS” sanatoriyasında şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı 26 Fevral 2024
  • TURANA DOĞRU | ƏSGƏRƏ MƏKTUB 11 Noyabr 2023
  • TURANA DOĞRU | DÜNYA SAVAŞINA DOĞRU... 18 Oktyabr 2023
  • TURANA DOĞRU | TÜRK DÜNYASININ ZƏFƏR GÜNÜ - II hissə 30 Avqust 2023
  • TURANA DOĞRU | TÜRK DÜNYASININ ZƏFƏR GÜNÜ - I hissə 30 Avqust 2023
  • TURANA DOĞRU | Azərbaycan və Qazaxıstan ictimai birlikləri əməkdaşlığa imza atdılar 05 Avqust 2023
  • #söyüdlü #gədəbəy #etsn #vətənnaminə #xəbərlər 18 İyul 2023
  • #gədəbəy #media #söyüdlü #etsn 18 İyul 2023
  • Prezidentin Nazirliyə verdiyi 1 həftə sona çatdı - ETSN-dən açıqlama 18 İyul 2023
  • TURANA DOĞRU | Buxara vilayətinin baş həkimi İlxom Norov 07 İyul 2023
  • TURANA DOĞRU | 26 iyun Silahlı Qüvvələr Günü 26 İyun 2023
  • ŞƏHİDLƏRİMİZİ YAŞADAQ | Kərgicahan pələngi 24 İyun 2023
Vətən Naminə

©2024 Hüquqları qorunur.

Vətən Naminə Media Qrup

  • Haqqımızda
  • Galereya
  • Saytın istifadə qaydaları
  • Əlaqə

Bizi izləyin

No Result
View All Result
  • Əsas səhifə
  • Xəbərlər
    • Siyasət
    • Cəmiyyət
    • Dünya
    • İdman
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Kriminal
  • Sosial
    • Turizm
    • Kulinariya
    • Film
    • Layihələr
  • Texnologiya
    • Kibertəhlükəsizlik
    • Proqramlaşdırma
    • Smartfonlar
    • Startup
  • Hərbi
    • Təlimlər
    • Görüşlər
    • Cəbhə Xəbərləri
  • Qanunvericilik
    • Qanun
    • Fərman
    • Sərəncam
    • Qərar
  • Digər
    • Sosial sahibkarlıq
    • Elm və təhsil
    • Müsahibələr
    • Araşdırma
    • Məqalələr
    • Tədbirlər

©2024 Hüquqları qorunur.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Sizə daha yaxşı xidmət göstərmək üçün çərəzlərdən istifadə edirik. Visit our Gizlilik Siyasəti.