1917-ci il yanvarın 11-də dünyada ilk dəfə Rusiyada nadir heyvanların qorunması məqsədilə Baykal gölü üzərində Barquzin Dövlət Qoruğu yaradılıb. Həmin təqvim Dünya Vəhşi Təbiət Fondunun təşəbbüsü ilə 1997-ci ildən etibarən qeyd olunur.
Ölkəmizdə 10 milli park, 10 dövlət təbiət qoruğu fəaliyyət göstərir. Milli parklarımız Abşeron yarımadasında, ölkənin şimal, cənub və qərb hissəsində yerləşməklə rəngarəng biomüxtəliflik və landşaft komplekslərini əhatə edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən VETENNAMİNE.AZ saytına bildirilib ki, “Açıq qapı” günü ziyarətçilər Azərbaycanın müxtəlif bölgələrində yerləşən milli parklara gəlməklə burada füsunkar təbiət ərazilərindən zövq ala bilərlər.