Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən VETENNAMİNE.AZ saytına verilən məlumata əsasən,səfər çərçivəsində həmin ölkələrin pensiya təminatı sistemləri barədə ətraflı məlumat əldə edilib, pensiya qurumlarının ekspertləri ilə görüşlər keçirilərək, fikir mübadiləsi aparılıb.
“Azərbaycanda pensiya islahatlarına dəstək – Faza 2” tvinninq layihəsi çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları Sloveniya və Xorvatiyada təlim səfərində olublar.
Səfər çərçivəsində həmin ölkələrin pensiya təminatı sistemləri barədə ətraflı məlumat əldə edilib, pensiya qurumlarının ekspertləri ilə görüşlər keçirilərək, fikir mübadiləsi aparılıb.
Görüüşlərdə sosial təminat sahəsində son illər ölkəmizdə aparılan islahatlar, əhaliyə göstərilən elektron xidmətlər, pensiya təminatının avtomatlaşdırılmış qaydada proaktiv şəkildə həyata keçirilməsi ilə bağlı Nazirliyin əməkdaşları tərəfindən geniş məlumat verilib.
2022-ci ilin 21 iyul tarixində Avropa İttifaqı (Aİ), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Litva Respublikasının Sosial Təminat və Əmək Nazirliyi arasında imzalanmış müqaviləyə əsasən 2022-ci ilin 2 avqust tarixindən Aİ-nin“Azərbaycanda pensiya islahatlarına dəstək – Faza 2” tvinninq layihəsinin icrasına başlanıb.
Layihə sığorta-pensiya sahəsində qanunvericiliyin təkmilləşdirilməsini, dövlət pensiya təminatı sistemində əhaliyə göstərilən bütün növ xidmətlərin avtomatlaşdırılmasına nail olunmasını, keyfiyyət və kəmiyyət analizlərinin və təhlillərin təkmilləşdirilməsini və s. nəzərdə tutur. Layihəyə Litva, İtaliya, Finlandiya, Belçika və digər ölkələrin ekspertləri də cəlb edilib.
Aysel Məmmədli
Vətən Naminə Mətbuat Xidməti