Media nümayəndələri bu ərazilərdəki tibb müəssisələrində yaradılan şəraitlə tanış olub, hərbi həkimlərin fəaliyyətini izləyib, çəkilişlər aparıb, həmçinin tibb personalı və müalicə olunan hərbçilərdən müsahibələr götürüblər.
Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən VETENNAMİNE.AZ saytına verilən məlumata əsasən, hərbi tibb personalı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət və qayğısı nəticəsində tibb müəssisələrində yaradılan şəraitdən məmnunluqlarını ifadə edib, hərbi qulluqçular isə öz növbələrində həkimləri bayram münasibətilə təbrik edərək onların peşəkarlığından, müayinə və müalicə prosesindən razı qaldıqlarını bildiriblər.





















