Yanvar 23, 2022

AZƏRBAYCANIM-RƏSMİYYƏ SABİR

AZƏRBAYCANIM

Ərənlər məskəni, cənnət Vətənim,

Mənim şanlı yurdum, Azərbaycanım!

İgidlərin mənfur düşmənə qənim,

Mənim şanlı yurdum, Azərbaycanım!

İndi Zəfər vaxtı, birlik zamanı,

Ötuz il gözlədik bizlər bu anı,

Şəhidlərin yerdə qalmadı qanı,

Mənim şanlı yurdum, Azərbaycanım!

Ali Baş Komandan xalqa dayaqdır,

Sübhədək səngərdə hər kəs oyaqdır,

Savaş zamanıdır, müqəddəs çağdır,

Mənim şanlı yurdum, Azərbaycanım!

Geriyə yol yoxdur, ancaq irəli,

Üstündən çəkilməz o Haqqın əli,

Zəfər bəxş eləyir ər igidlərin,

Mənim şanlı yurdum, Azərbaycanım!

Hər qarış torpağın müqəddəs, əziz,

Ölsək belə səni yaşadarıq biz,

Tarixdə qoyarıq silinməyən iz,

Mənim şanlı yurdum, Azərbaycanım!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir