Yer üzərində 500-dən çox xalq yaşayır.Bu xalqlardan yalnız 193 xalqın dövləti mövcuddur.Digər xalqlar
dövləti mövcud olan xalqlarla birgə yaşamaqdadır.Hər bir xalqın öz adət ənənələri ,tarixi,milli xüsusiyyətləri,dəyərləri və mədəniyyəti mövcuddur.Bu kimi amillər ümumilikdə xalqın milli idealogiyasını təşkil edir.Doğrudur, bəzi xalqlar öz milli ideologiyalarını qoruyub saxlaya bilməmişdilər.Hər birimizə məlumdur ki, Azərbaycan 2 hissəyə bölündükdən sonra Sovet Rusiyası 1920-ci ildə vətənimizi işğal etdikdən sonra 70 il ərzində Rusiyanın işğalında olmağımıza baxmayaraq Azərbaycan xalqı öz milli ideologiyasını qoruyub saxlaya bildi. Azərbaycançılıq ideologiyası Azərbaycan öz müstəqilliyini 2-ci dəfə əldə etdikdən sonra daha da inkişaf edərək ölkədə kimliyindən asılı olmayaraq bütün etnik qrupları, onların özünəməxsus adət-ənənələrini qorumaqla bir arada birləşdirir.Azərbaycançılıq ideologiyasının əsas amillərindən biri də barışdırıcı, həmrəklik xüsusiyyətlərini özündə ifadə edir. Məhz buna görə də Azərbaycançılıq ideologiyasını cəmiyyətə çatdırmaq mühüm əhəmiyyət kəsb edir.Bu ideologiya Azərbaycan dövlətinin inkişafına , onun aparıcı dövlətlər arasında mühüm yer tutmasına xidmət edir. Beləlikə Azərbaycançılıq ideasının inkişafı dövlətin möhkəm və dayanıqlı olması üçün mühüm rol oynayır. Vətənpərvərlik, milli birlik və milli şüar azərbaycançılığın əsas komponentləri sayılır. Ailədən başlayaraq orta məktəblərdə və digər təhsil ocaqlarında azərbaycançılıq mövqeyi sadə üsullarla aşılanmalıdır. Hesab edirəm ki, azərbaycançılıq ideologiyası ölkə daxilində olduğu kimi xarici ölkələrdə də təbliğ edilməlidir. Bu ideologiyanın daha da inkişafı üçün uzaqgörən siyasəti ilə Azərbaycanımızı uğura aparan Ulu Öndərimiz 31 dekabr tarixini Dünya Azərbaycanlılarının Həmrəklik Gününü kimi tarixə salmışdır.Sonradan Ulu Öndərin təşəbbüsü ilə Diasporla İş üzrə Dövlət Komitəsi yaradılmışdır.Hal-hazırda dünyanın müxtəlif ölkələrində 462 diaspor təşkilatı fəaliyyət göstərir.Bu il Dünya azərbaycanlılarının 5-ci qurultayı baş tutdu. Sevindirici haldır ki, bu qurultay ərazilərimizi işğaldan azad etdikdən sonra Azərbaycanın mədəniyyət mərkəzi Şuşa şəhərində keçirilmişdir.Azərbaycançılıq ideologiyasının təbliği hər bir azərbaycanlının üzərinə düşən vətəndaşlıq borcudur. İnanırıq ki, bu ideologiya yer üzərində yaşayan altmış milyona yaxın
azərbaycanlını milli mədəni irslərinin qorunub saxlanmasına və inkişafına xidmət göstərəcək.
Həlimə Əliyeva