13 erməni hərbçisinin meyiti qarşı tərəfə təhvil verilmişdir
2022-ci ilin 12-13 sentyabr tarixlərində Azərbaycan-Ermənistan sərhədində baş vermiş hərbi əməliyyatlar zamanı həlak olmuş erməni hərbi qulluqçularına aid meyitlərin axtarışı prosesi davam etdirilmişdir.
Bunu Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin mətbuat xidmətindən vetennamine.az saytına məlumat veriblər
Ərazidə aparılmış axtarış tədbirləri nəticəsində aşkar olunmuş Ermənistan hərbçilərinə məxsus 13 cəsəd cari ilin noyabrın 28-də Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun əməkdaşlarının iştirakı ilə baxış keçirildikdən və onların üzərində hər hansı zorakılıq əlamətlərinin olmaması müəyyən edildikdən sonra beynəlxalq humanitar hüquq normalarına uyğun qaydada Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə qarşı tərəfə təhvil verilmişdir.