Azərbaycanlıların məhəlləsi atəşə tutuldu

Ukraynanın Nikolayev şəhərində azərbaycanlıların sıx yaşadığı məhəllə “Qrad” atəşinə tutulub.

Vetennamine.az Report-a istinadən xəbər verir ki, bu gün səhər saat 05.30 radələrindən başlayaraq Rusiya qoşunları tərəfindən Nikolayevin xəstəxanası və azərbaycanlılara məxsus çoxsaylı evlər “Qrad” atışları nəticəsində dağıdılıb və ya ciddi zərər görüb.

Azərbaycanlılar vaxtında evakuasiya edildiyindən xoşbəxtlikdən insan tələfatı olmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.