Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatı əmək nazirlərinin iclası keçirildi

Qoşulmama Hərəkatının əmək nazirlərinin

Bəyannaməsi qəbul olunub

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən Vetennamine.az-a bildiriblər.

Beynəlxalq Əmək Konfransının 110-cu sessiyası çərçivəsində Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatına üzv ölkələrin əmək nazirlərinin videokonfrans formatında iclası keçirilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin sədrliyi ilə keçirilən iclas COVID-19 kontekstində Qoşulmama Hərəkatı ölkələrində ortaya çıxan çağırışlarla bağlı sosial sahədə, habelə əmək bazarı və əmək hüquqlarının təminatı, işçilərin, həssas qrupların sosial müdafiəsi ilə bağlı fəaliyyət istiqamətlərinə həsr olunub.

S.Babayev Beynəlxalq Əmək Təşkilatının (BƏT) layiqli əmək konsepsiyasına əsaslanan sosial ədalətin bərqərar edilməsinin Qoşulmama Hərəkatı üçün də ən mühüm istiqamətlər olduğunu, 60 ildir fəaliyyət göstərən Hərəkatın əhəmiyyətinin son zamanlar yeni çağırışlarla daha da artdığını qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.