Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən VETENNAMİNE.AZ saytına verilən məlumata
əsasən, general-polkovnik Z. Həsənov Gürcüstanın Müstəqillik Günü münasibətilə keçirilən
hərbi parad və hərbi qulluqçuların andiçmə mərasimində fəxri qonaq qismində iştirak edir.
Qeyd edək ki, Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunun Hərbi Orkestri Gürcüstanda Müstəqillik Günü münasibətilə keçirilən silsilə tədbirlərdə iştirak edir.














