Azərbaycanın görkəmli şairi İbrahim İlyaslının “Vetennamine.az”a verdiyi müsahibə

Azərbaycanın görkəmli şairi, Tərəqqi medalına layiq görülmüş, Azərbaycan Yazıçılar İttifaqının üzvü, Sumqayıt Poeziya Evinin direktoru İbrahim İlyaslının “Vetennamine.az” saytının baş redaktoru Aris Məmmədova verdiyi müsahibəni təqdim edirik.

 

Aris Məmmədov– İbahim müəllim, istərdim ki, bizi izləyənlərə dilimizin kökündən məlumat verəsiniz.

İbrahim İlyaslı-Çox sağolun. Biz bir mədəniyyətin daşıyıcılarıyıq. Necə ki, bizim bu türk dövlətlərində ki, insanlarımız məsələn Qazax, Qırğız, Özbək, Türkmən, Azərbaycanlı, Türkiyəli, Şimali Kiprli hətta bizim bildiyimiz kimi Rusiya coğrafiyasında xeyli ayrı-ayrı öz dövlətləri olan Tatarıstan, Başqırstan, Saxa kimi dövlətlər var Rusiyanın tərkibində amma onlarda artıq böyük bir qayıdışın içərisəndədirlər. Öz dilləri və mədəniyyətlərinin bizimlə qovuşduğunun fərqindədirlər. Mən, beynəlxalq bəzi simpoziumlara, ədəbiyyat festivallarına qatılıram və orada da görürəm ki, insanlar əsas odur ki, milli mənsubiyyətini artıq böyük sevgi ilə dilə gətirirlər, onun arxasında dururlar, böyük qürurla dilə gətirirlər. Bütün bu fəaliyyətlər bizim dövlətçiliyimizə, dövlətimizə xidmət edir və millətimizin mədəniyyətinin qalxınmasına xidmət edir. Çünki artıq dünyanın düzəni dəyişir, bu dəyişimin içərisində biz türk dünyası olaraq öz yerimizi təyin etməliyik necə ki, təyin etmişik və davamlı şəkildə o tərəqqini, o qalxınmanı qorumalıyıq.

Aris Məmmədov-İbrahim müəllim, bəs dilimizdə alınma sözlərin yəni ərəb, fars və digər sözlərin istifadəsinə münasibətiniz necədir? Azərbaycanda dilçilərimiz bu istiqamətdə nə işlər görürlər məlumat verə bilərsiz?

İbrahim İlyaslı-Çox maraqlı məsələyə toxundunuz. Ortaq türk dili deyə bir ifadə artıq nə zamandır dilimizdədir, bu məsələyə münasibətlər bildirilir, bununla bağlı bütün türk cümhuriyyətlərinin elmlər akademiyalarında yenidən bu məsələyə baxış sərgilənir ancaq bu tədricən həll oluna bilən məsələdir hesab edirəm. Ən vacib olan odur ki, bizim insanlarımız artıq bir mənalı şəkildə milliyyətcə türk olduqlarını, köklərinin bir dilə bağlı olduğunu bilirlər. Və bu yolda artıq müəyyən işlər görməyə çalışırlar. Məsələn şair Elxan Qaraxanlı, Mahmut Qaşqari fondunun prezidentidir. Elxan bəy türk dünyası üçün böyük çalışmalar vermişdir, Əkbər Qoşalı Dünya Gənc Türk Yazarlar birliyinin məsləhət şurasının rəhbəridir. Eyni zamanda türk dövlətlərində olan yazıçılarla əlaqələrimizdə bu məsələ tez-tez gündəmə gəlir. Biz tərcümələri başqa dillərdən etməməliyik. Bunun üçün biz Qazax türkcəsini, Qırğız türkcəsini, Türkmən türkcəsini, Özbək türkcəsini, Tatar türkcəsini, Kırım Tatarlar türkcəsini öyrənməliyik. Bizim universitetlərdə bu dilin özəlliklərini, qramatikasını öyrədən ixtisaslar olmalıdır ki, biz birbaşa bu yazılarımızı uyğunlaşdıraq. Biz Hüseyinxan Zanla “Abay”ı tərcümə etdik. İlk dəfə idi ki, düzdür biz müqayisə üçün rusdilindən əsərlər götürdük, türkiyə türkcəsinə çevrilmiş bəzi əsərlərlə müqayisə apardıq amma əsasən Qazax dilindən, orginaldan çevirdik. Abay məsələn Qazaxıstanın ən nəhəng şairi və klassikidir. Eləcə də biz bu addımları genişləndirməliyik. Azərbaycan şairlərinin, klassiklərinin həmin dillərə uyğunlaşdırmağının zamanı gəlib. Bu il, Azərbaycanda cənab prezidentin sərəncamı ilə Nizami Gəncəvinin 850 illiyi ilə əlaqəli Nizami ilidir. Və türkdilli dövlətlərin əksəriyyətində bu münasibətlə böyük tədbirlər, elmi simpoziumlar, ədəbiyyat festivalları həyata keçirilir. Bizim Milli Elmlər Akademiyasında Orta Asiyanı təmsil edən şöbə var. Yəni bu işlərə başlanılıb artıq həm düşüncədə həm də əməldə.

Aris Məmmədov-Çox sağ olun İbrahim müəllim bu gün bizə müsahibə verdiyiniz üçün minnətdarıq. Sağolun.

İbrahim İlyaslı-Siz sağ olun.

Hazırladı

Aris Məmmədov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.