Aİ və BMT-nin inkişaf proqramı idealaşdırma təlim düşərgəsinə başlayıb. “Azərbaycanda innovativ və davamlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində keçirilən düşərgənin məqsədi sosial çətinliklərə innovativ biznes həlləri yaratmaqdır.
VETENNAMİNE.AZ saytı xəbər verir ki, təlim düşərgəsi Avropa İttifaqı tərəfindən maliyələşdirilən vətəndaş cəmiyyəti təşkilatları ilə iş lahiyəsi çərçivəsində planlaşdırılır.
İdealaşdırma təlim düşərgəsinin əsas məqsədi yaradıcı düşüncəni təşviq etmək, gəlir gətirən və dayanıqlı inkişaf məqsədlərində əks olunan məsələlərin həllinə kömək edən innovativ biznes ideaları yaratmaqdır.
Düşərgədə İtaliyanın ARCO şirkətinin baş direktoru Enriko Testi, Bakı, Ağdam, Biləsuvar, Gəncə, Goranboy, Göyçay, Qazax, Lənkəran, Masallı, Quba, Qusar, Mingəcevir, Neftçala, Şəki, Zaqatala və Şəmkir rayonlarından 70-dək sosial sahibkar, sosial yönümlü biznes və vətəndaş cəmiyyəti təşkilatları iştirak edib.
Asiman Xəlili
Vətən Naminə Mətbuat Xidməti