Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən VETENNAMİNE.AZ saytına bildirilib ki, festivalda Azərbaycanın qorunan ərazilər şəbəkəsini, iqlim dəyişməsinin biomüxtəlifliyə təsiri və bioloji müxtəlifliyin hazırki vəziyyətini əks etdirən stendlər, məlumat lövhələri, milli parkların təbiətinə, flora və faunasına aid tanışlıq guşələri, suvenirlər, həmçinin Qızılağac Milli Parkını tərənnüm edən simvollar nümayiş etdirilir.
Festivalda dövlət qurumları, qeyri-hökumət təşkilatları, universitetlər və beynəlxalq təşkilatların nümayəndələri, eləcə də milli parkı ziyarət edən turistlər iştirak edir.