Azərbaycanda daha 865 nəfər koronavirusa yoluxub, 16 nəfər ölüb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 865 yeni yoluxma faktı qeydə alınıb, 2 044 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Vetennamine.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 16 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 787 367 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 769 746 nəfər müalicə olunaraq sağalıb, 9 454 nəfər vəfat edib. 8 167 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 487, bu günə qədər isə ümumilikdə 6 572 316 test icra olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.