Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 374 yeni yoluxma faktı qeydə alınıb, 1 029 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Vetennamine.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 18 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 789 332 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 775 275 nəfər müalicə olunaraq sağalıb, 9 518 nəfər vəfat edib, aktiv xəstə sayı 4 539 nəfərdir.

Ölkədə son sutka ərzində 6 284, hazırkı dövrədək isə 6 599 806 test aparılıb.