Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 26 775 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Vetennamine.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 262, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 811, buster doza üzrə vaksinasiya olunanların sayı isə 21 702 nəfərdir.

 

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 498 372, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 184 045, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 695 326, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 619 001 təşkil edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.