Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 372 yeni yoluxma faktı qeydə alınıb, 4 616 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Vetennamine.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 19 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 777 804 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 742 326 nəfər müalicə olunaraq sağalıb, 9 280 nəfər vəfat edib, aktiv xəstə sayı 26 198 nəfərdir.

Ölkədə son sutka ərzində 10 318, hazırkı dövrədək isə 6 501 358 test aparılıb.