Azərbaycançılıq ideası

Yer üzərində 500-dən çox xalq yaşayır.Bu xalqlardan yalnız 193 xalqın dövləti mövcuddur.Digər xalqlar dövləti mövcud olan xalqlarla birgə yaşamaqdadır.Hər bir xalqın öz  adət ənənələri ,tarixi,milli xüsusiyyətləri,dəyərləri və mədəniyyəti  mövcuddur.Bu  kimi  amillər ümumilikdə  xalqın milli idealogiyasını təşkil edir.Doğrudur, bəzi xalqlar öz milli ideologiyalarını qoruyub saxlaya bilməmişdilər.Hər birimizə məlumdur ki, Azərbaycan 2 hissəyə bölündükdən sonra  Sovet Rusiyası  1920-ci  ildə vətənimizi işğal etdikdən sonra  70 il ərzində  Rusiyanın  işğalında olmağımıza baxmayaraq  Azərbaycan  xalqı  öz milli ideologiyasını qoruyub saxlaya bildi. Azərbaycançılıq ideologiyası  Azərbaycan öz müstəqilliyini 2-ci dəfə əldə etdikdən sonra daha da  inkişaf edərək ölkədə kimliyindən asılı  olmayaraq bütün  etnik qrupları, onların özünəməxsus adət-ənənələrini  qorumaqla  bir arada birləşdirir.Azərbaycançılıq  ideologiyasının  əsas amillərindən biri də barışdırıcı, həmrəklik xüsusiyyətlərini  özündə  ifadə  edir. Məhz buna görə də Azərbaycançılıq ideologiyasını  cəmiyyətə çatdırmaq mühüm  əhəmiyyət  kəsb edir.Bu ideologiya  Azərbaycan dövlətinin  inkişafına , onun aparıcı dövlətlər arasında mühüm yer  tutmasına xidmət edir. Beləlikə Azərbaycançılıq ideasının inkişafı dövlətin möhkəm və dayanıqlı olması üçün mühüm rol oynayır. Vətənpərvərlik, milli birlik və milli şüar azərbaycançılığın əsas komponentləri sayılır. Ailədən başlayaraq orta məktəblərdə və digər təhsil ocaqlarında azərbaycançılıq mövqeyi  sadə üsullarla aşılanmalıdır. Hesab edirəm ki, azərbaycançılıq ideologiyası ölkə daxilində olduğu kimi xarici ölkələrdə də təbliğ edilməlidir. Bu ideologiyanın  daha da inkişafı üçün  uzaqgörən  siyasəti  ilə Azərbaycanımızı  uğura aparan Ulu Öndərimiz  31 dekabr tarixini Dünya  Azərbaycanlılarının Həmrəklik Gününü  kimi tarixə salmışdır.Sonradan  Ulu Öndərin təşəbbüsü ilə Diasporla İş üzrə Dövlət Komitəsi yaradılmışdır.Hal-hazırda  dünyanın müxtəlif ölkələrində 462 diaspor təşkilatı fəaliyyət  göstərir.Bu il Dünya azərbaycanlılarının 5-ci qurultayı  baş tutdu.  Sevindirici haldır ki, bu qurultay ərazilərimizi işğaldan azad etdikdən sonra Azərbaycanın mədəniyyət mərkəzi  Şuşa şəhərində  keçirilmişdir.Azərbaycançılıq ideologiyasının təbliği hər bir azərbaycanlının  üzərinə  düşən vətəndaşlıq  borcudur. İnanırıq ki, bu ideologiya yer  üzərində yaşayan altmış milyona yaxın azərbaycanlını  milli mədəni  irslərinin qorunub saxlanmasına və  inkişafına  xidmət göstərəcək.

Aris Məmmədov

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.