Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən VETENNAMİNE.AZ saytına bildirilib ki, sənəd iki ölkənin geologiya və dağ-mədən sənayesi sahəsində əməkdaşlığının gücləndirilməsini nəzərdə tutur.
İmzalanma mərasimi Bakıda keçirilən Beynəlxalq Geologiya-Mədənçilik Forumu çərçivəsində baş tutub. Protokola uyğun olaraq qarşılıqlı əməkdaşlığı gücləndirmək və təcrübə mübadiləsinin təşkili barədə razılığa gəlinib.
Xatırladaq ki, ölkəmizdə ilk dəfə keçirilən Beynəlxalq Geologiya-Mədənçilik Forumunda 30 ölkədən 70 mütəxəssis iştirak edir. Ötən gün başlamış forumun işinə bu gün yekun vurulacaq.

Vətən Naminə Mətbuat Xidməti