Azərbaycan-Türkiyə Qeyri-Hökumət Təşkilatlarının forumu keçirilib

Azərbaycan-Türkiyə Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu keçirilib.

Vətənnaminə.az xəbər verir ki, qardaş ölkələr arasındaki əlaqələrdən bəhs edilən filmin nümayişi olub.

Tədbirə dəvət alan QHT rəhbərlərindən biri də Azərbaycan Qarabağ Müharibəsi Əlilləri,Veteranları və Şəhid Ailələri ictimai birliyinin sədri Mehdi Mehdiyev olmuşdur.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva çıxışında qardaş dövlətlərin həmrəkliyi dünyada sülhün qarantı olmasını bildirmişdir.

Prezident Administrasiyasının Qeyri hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri, Qeyri-Hökumət Təşkilatlarına Dovlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini Vüsal Quliyev məruzəsində, 2-ci dəfə müstəqillik qazandıqdan sonra vətəndaş cəmiyyəti institutları ölkənin iqtisadi ,sosial və mədəni həyatında mühüm rol oynayıb. : “QHT-lərə Dövlət Dəstəyi Agentliyinin yaradılması dövlət ilə QHT-lər arasında əməkdaşlığın inkişafının bir nümunəsinə çevrilib. Buna görə də dövlət orqanlarının QHT-lərlə yaxından əməkdaşlıq etməsi, qərarların qəbulu və sifarişlərin icrası prosesində onların iştirakına şərait yaradılması mühüm əhəmiyyət kəsb edir. Azərbaycan dövləti ölkədə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının, o cümlədən qeyri-hökumət təşkilatlarının formalaşmasına və inkişafına daim ciddi önəm verir. Hazırda ölkədə ictimai təşkilatların fəaliyyətini tənzimləyən əlverişli hüquqi baza mövcuddur”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.