Azərbaycan tərəfindən BƏT-in daha bir Konvensiyasının ratifikasiyası yekunlaşmaq üzrədir

Ötən dövrdə Beynəlxalq Əmək Təşkilatının (BƏT) 8 təməledici   4 prioritet, ümumilikdə 58 Konvensiyasınaqoşulan Azərbaycan tərəfindən BƏT-in “ƏməyinTəhlükəsizliyi Gigiyenası haqqında” 155 nömrəliKonvensiyasının da ratifikasiyası işləri yekunlaşmaqüzrədir.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən Vetennamine.az-a bildiriblər.

Bu barədə əmək əhalinin sosial müdafiəsi naziriSahil Babayev BƏT-in Layiqli əmək üzrə texniki dəstək qrupu, Şərqi Avropa Mərkəzi Asiya ölkələri üzrə Ofisinin direktoru Olqa Kulayeva ilə görüşündə bildirib.

Ölkəmizdə əmək, məşğulluq sosial müdafiəsahəsində aparılan islahatları qeyd edən nazir buislahatlar prosesində BƏT- fəal əməkdaşlıq gündəliyininolduğunu diqqətə çatdırıb. O, 2017-2021-ci illər ərzindəAzərbaycanın BƏT-in İdarə Heyətində təmsil olunduğunuqeyd edib.

S.Babayev Azərbaycanda Dayanıqlı İnkişafMəqsədlərinə uyğunlaşdırılmış Məşğulluq Strategiyasının, işsizlikdən sığorta sisteminin hazırlanması, gənclərin məşğulluğunun dəstəklənməsi, özünüməşğulluq proqramının icrası və s. sahələrdə BƏT-lə müsbət əməkdaşlıq təcrübəsinin formalaşdığını bildirib.

Nazir Azərbaycanla BƏT arasında “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın uğurla icra olunduğunu vurğulayıb. Hazırda “2022-2026-cı illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın hazırlanması ilə bağlı işlərin davam etdirildiyini deyib. Yeni Proqramın prioritetlərinin “2021-2025-ci illər üçün BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi” ilə tam uyğunluq təşkil edəcəyini diqqətə çatdırıb.

O.Kulayeva Azərbaycanın BƏT-lə fəal əməkdaşlığını və əlaqələrin, birgə layihələrin daim genişləndirilməsini yüksək dəyərləndirib. Əməkdaşlıq gündəliyinin bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib.

Görüşdə  BƏT-in yeni Konvensiyasının ratifikasiyası  və “2022-2026-cı illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın hazırlanması işlərinə dair fikir mübadiləsi aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.