Bugün səhər saatlarında Azərbaycanın İran İslan Respublikasında yerləşən səfirliyinə silahlı hücum olmuşdur . Hücuma keçən şəxs ” Kalaşnikov ” markalı avtomat silahı ilə mühafizə postunu yararaq mühafizə xidmətinin rəisini qətlə yetirib, iki nəfər səfirliyin əməkdaşı isə yaralanıblar.Hadisəni iran vətəndaşı Yasin Hüseynzadə törədib. Ərazidə olan İran polisi terrorun qarşısını almaq üçün heçbir cəhd göstərməyib. Əksinə binaya daxil olmağa şərait yaradıb. Farsa qardaş deyən Azərbaycanda yaşayan din adı altında maskalanan İran agentləri bilməlidirlər ki, bizimlə düşmənçilik aparanların sonu Ermənistanın kapitulyasiyasına bənzər olacaq. Azərbaycanın Xarici İşlər Nazirliyi bu hadisə ilə bağlı BMT-nin təhlükəsizlik şurasında baxılması üçün müraciət etməlidir. İran-İslam Respublikası bütün dünadan təcrid edilməlidir. Onların bütün səfirlikləri ölkələrdən qovulmalıdır.Qardaş Türkiyənin hadisə ilə bağlı dərhal bəyənatla çıxış etməsi bir daha bizim iki dövlət bir qardaş olmağımızın bariz nümunəsidir.
Aris Məmmədov
Vətən Naminə Mətbuat Xidməti













