• Xəbər Lenti
  • Ən çox oxunan
  • Hamısı
  • Xəbərlər
  • Hərbi
  • Texnologiya
Azərbaycan-Rumıniya əlaqələrinin gələcək istiqamətləri müzakirə olunub, yeni əməkdaşlıq sənədləri imzalanıb

Azərbaycan-Rumıniya əlaqələrinin gələcək istiqamətləri müzakirə olunub, yeni əməkdaşlıq sənədləri imzalanıb

24 May 2023
Vətən müharibəsi şəhidlərinin anım günündə xatirələri yad edildi

Vətən müharibəsi şəhidlərinin anım günündə xatirələri yad edildi

12 Noyabr 2025
YAP Biləsuvar rayon təşkilatı 8 noyabr – Zəfər Günü həsr olunmuş tədbir keçirib

YAP Biləsuvar rayon təşkilatı 8 noyabr – Zəfər Günü həsr olunmuş tədbir keçirib

06 Noyabr 2025
Şəhidlərimizin anım mərasimi keçirildi

Şəhidlərimizin anım mərasimi keçirildi

16 Oktyabr 2025
9 oktyabr – Vətən Müharibəsi şəhidi  Rəhimov Zamin Vahid oğlunun şəhadətə yüksəlməsindən 5 il keçir

9 oktyabr – Vətən Müharibəsi şəhidi Rəhimov Zamin Vahid oğlunun şəhadətə yüksəlməsindən 5 il keçir

09 Oktyabr 2025
YAP Bərdə rayon təşkilatı “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Zəfər tariximizin müəllimləri” adlı tədbir keçirib

YAP Bərdə rayon təşkilatı “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Zəfər tariximizin müəllimləri” adlı tədbir keçirib

03 Oktyabr 2025
“Qərbi Azərbaycana aparan yollar” adlı tədbir keçirilib

“Qərbi Azərbaycana aparan yollar” adlı tədbir keçirilib

03 Oktyabr 2025
Qarabağ qazisi Alekseyev Lətifin əziz xatirəsinə

Qarabağ qazisi Alekseyev Lətifin əziz xatirəsinə

02 Oktyabr 2025
Vətən müharibəsi şəhidi mayor Kəlbalıyev Səyavuş Hümbət oğlunun ildönümü münasibətilə anım tədbiri keçirilib

Vətən müharibəsi şəhidi mayor Kəlbalıyev Səyavuş Hümbət oğlunun ildönümü münasibətilə anım tədbiri keçirilib

30 Sentyabr 2025
Şəhidimiz Elməddin Hüseynzadənin 5-ci il dönümü qeyd edildi

Şəhidimiz Elməddin Hüseynzadənin 5-ci il dönümü qeyd edildi

29 Sentyabr 2025
HƏR AN EHTİRAMLA ANIRIQ…

HƏR AN EHTİRAMLA ANIRIQ…

27 Sentyabr 2025
Bərdə rayonun Bəcrəvan kəndində şəhid Məmmədli Namiq Ağamməd oğlunun anım mərasimi keçirildi

Bərdə rayonun Bəcrəvan kəndində şəhid Məmmədli Namiq Ağamməd oğlunun anım mərasimi keçirildi

15 Sentyabr 2025
Vətən müharibəsi şəhidi Ağayev Vahid Məcnun oğlunun doğum günü münasibətilə anım tədbiri keçirilib

Vətən müharibəsi şəhidi Ağayev Vahid Məcnun oğlunun doğum günü münasibətilə anım tədbiri keçirilib

15 Sentyabr 2025
  • Əlaqə
  • Əsas səhifə
  • Haqqımızda
  • Saytın istifadə qaydaları
Vətən Namin TV
Bazar, Noyabr 16, 2025
Vətən Naminə
  • Əsas
  • Xəbərlər
  • Sosial
  • Hərbi
  • Qanunvericilik
    • Qanun
    • Fərman
    • Sərəncam
    • Qərar
  • Digər
    • Sosial sahibkarlıq
    • Elm və təhsil
    • Müsahibələr
    • Araşdırma
    • Məqalələr
    • Tədbirlər
No Result
View All Result
Vətən Naminə
No Result
View All Result
Əsas Sosial

Azərbaycan-Rumıniya əlaqələrinin gələcək istiqamətləri müzakirə olunub, yeni əməkdaşlıq sənədləri imzalanıb

Rumıniyada səfərdə olan Azərbaycan və Rumıniya Hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan tərəfindən həmsədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin başçılıq etdiyi nümayəndə heyəti ilə Rumıniyanın əmək və sosial həmrəylik naziri Marius-Konstantin Budainin rəhbərlik etdiyi nümayəndə heyətinin görüşü olub.

Yazar Mətbuat Xidməti
24 May 2023
Kateqoriya Sosial
A A
Facebook-da paylaşınTelegram-da paylaşın

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr

şöbəsindən VETENNAMİNE.AZ saytına verilən məlumata əsasən, görüşdə

Azərbaycan və Rumıniya arasında dost münasibətlərinə əsaslanan strateji

tərəfdaşlığın mövcud olduğu, ölkələrimizin ildən-ilə genişlənən əlaqələrinin

sosial sahəni də əhatə etdiyi bildirilib.

Ötən dövrdə qarşılıqlı səfərlərin, keçirilən görüşlərin, xüsusilə keçən ilin noyabr

ayında imzalanan, iki ölkə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq

istiqamətləri üzrə tədbirləri müəyyən edən Fəaliyyət Planının sosial əməkdaşlığın

genişləndirilməsində əhəmiyyəti vurğulanıb.

Hökumətlərarası Komissiyanın əmək və sosial müdafiə sahələrində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi baxımından da əhəmiyyətli platforma olduğu diqqətə çatdırılıb.

Azərbaycanda sosial sahədə islahatlar gündəliyi barədə məlumat verilib. Rumıniyada DOST mərkəzləri modelinin tətbiqi perspektivinin qiymətləndirilməsinə dair fikir mübadiləsi aparılıb. Bu sahədə, həmçinin xidmətlərin avtomatlaşdırılması üzrə təcrübəmizi bölüşməyə hazır olduğumuz bildirilib.

İkitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün müqavilə-hüquq bazasının genişləndirilməsinin məqsədəuyğun olduğu vurğulanıb.

Görüşün yekunu olaraq sosial sahədə iki əməkdaşlıq sənədi – Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) ilə Rumıniyanın Əmək və Sosial Həmrəylik Nazirliyinin tabeliyindəki Dövlət Pensiyaları Milli Evi arasında Əməkdaşlıq Protokolu, habelə DSMF ilə Rumıniyanın Əmək və Sosial Həmrəylik Nazirliyi yanında Ödənişlər və Sosial Müfəttişlik üzrə Milli Agentliyi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Səfər çərçivəsində nazir Sahil Babayev Rumıniyanın iqtisadiyyat naziri Florin Marian Spataru, Rumıniyanın Deputatlar Palatasının sədri İon-Marçel Çolako və Rumıniyanın Baş nazirinin müavini, nəqliyyat və infrastruktur naziri Sorin-Mihay Qrindyanu ilə də görüşlər keçirib.

Görüşlərdə ölkəmizin işğaldan azad edilmiş ərazilərində aparılan minatəmizləmə və böyük quruculuq işləri, həmin ərazilərin Azərbaycanın iqtisadiyyatına və sosial təminat sisteminə reinteqrasiyası üçün görülən tədbirlər, ölkəmizdə nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı reallaşdırılan irimiqyaslı layihələr barədə məlumat verilib.

Azərbaycan Avropanın enerji təchizatının, xüsusilə də qaz təchizatının şaxələndirilməsində önəmli rolundan bəhs olunub. Enerji sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi, o cümlədən Rumıniyanın Qara dəniz sualtı elektrik enerjisi və rəqəmsal əlaqə layihəsində iştirakı, iki ölkənin ticarət əlaqələrinin şaxələndirilməsi, əlaqələrin yeni istiqamətlər əsasında genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Ələt Azad İqtisadi Zonasının əhəmiyyəti qeyd olunub. Nəqliyyat-logistika sahəsində ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, eləcə də birbaşa uçuşların həyata keçirilməsi imkanları, habelə kənd təsərrüfatı, investisiya, sosial, təhsil və s. sahələrdə gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.

Aris Məmmədov

Vətən Naminə Mətbuat Xidməti

Etiketlər #axtarıs#dunya#fm#media#məqalə#news#sosial#vətənnaminə
Plugin Install : Subscribe Push Notification need OneSignal plugin to be installed.
Əvvəlki xəbər

Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə ötən dövrdə 13 560 mənzil və fərdi ev verilib

Növbəti xəbər

Mayın 25-də paytaxtda və bölgələrdə gözlənilən hava şəraiti açıqlanıb

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

RSS Vətən Naminə TV

  • Şəhid XTQ Qüvvələrinin Giziri Naibov Devran Fazil oğlunun 5 ci il dönümü qeyd olunub. 08 Oktyabr 2025
  • Şəhid Quliyev Mehman Telman oğlunun 5-ci ildönümü qeyd olunub 07 Oktyabr 2025
  • ŞƏHİDLƏRİMİZİ YAŞADAQ | Hüseynzadə Elməddin 13 İyun 2024
  • “ŞAHDAĞ QUBA & TRUSKAVETS” sanatoriyasında şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğı 26 Fevral 2024
  • TURANA DOĞRU | ƏSGƏRƏ MƏKTUB 11 Noyabr 2023
  • TURANA DOĞRU | DÜNYA SAVAŞINA DOĞRU... 18 Oktyabr 2023
  • TURANA DOĞRU | TÜRK DÜNYASININ ZƏFƏR GÜNÜ - II hissə 30 Avqust 2023
  • TURANA DOĞRU | TÜRK DÜNYASININ ZƏFƏR GÜNÜ - I hissə 30 Avqust 2023
  • TURANA DOĞRU | Azərbaycan və Qazaxıstan ictimai birlikləri əməkdaşlığa imza atdılar 05 Avqust 2023
  • #söyüdlü #gədəbəy #etsn #vətənnaminə #xəbərlər 18 İyul 2023
  • #gədəbəy #media #söyüdlü #etsn 18 İyul 2023
  • Prezidentin Nazirliyə verdiyi 1 həftə sona çatdı - ETSN-dən açıqlama 18 İyul 2023
  • TURANA DOĞRU | Buxara vilayətinin baş həkimi İlxom Norov 07 İyul 2023
  • TURANA DOĞRU | 26 iyun Silahlı Qüvvələr Günü 26 İyun 2023
  • ŞƏHİDLƏRİMİZİ YAŞADAQ | Kərgicahan pələngi 24 İyun 2023
Vətən Naminə

©2024 Hüquqları qorunur.

Vətən Naminə Media Qrup

  • Haqqımızda
  • Galereya
  • Saytın istifadə qaydaları
  • Əlaqə

Bizi izləyin

No Result
View All Result
  • Əsas səhifə
  • Xəbərlər
    • Siyasət
    • Cəmiyyət
    • Dünya
    • İdman
    • İqtisadiyyat
    • Mədəniyyət
    • Kriminal
  • Sosial
    • Turizm
    • Kulinariya
    • Film
    • Layihələr
  • Texnologiya
    • Kibertəhlükəsizlik
    • Proqramlaşdırma
    • Smartfonlar
    • Startup
  • Hərbi
    • Təlimlər
    • Görüşlər
    • Cəbhə Xəbərləri
  • Qanunvericilik
    • Qanun
    • Fərman
    • Sərəncam
    • Qərar
  • Digər
    • Sosial sahibkarlıq
    • Elm və təhsil
    • Müsahibələr
    • Araşdırma
    • Məqalələr
    • Tədbirlər

©2024 Hüquqları qorunur.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Sizə daha yaxşı xidmət göstərmək üçün çərəzlərdən istifadə edirik. Visit our Gizlilik Siyasəti.