“Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 17 iyun tarixli 549-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1181-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 212 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Bunu vetennamine.az saytı president.az saytına istinadən bildirir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 17 iyun tarixli 549-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin 2-ci hissəsinin dördüncü abzasının birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 25-ci maddəsinin 2-ci hissəsinin dördüncü abzasının birinci cümləsində “orqan (qurum)” dedikdə tabeliyindəki Dövlət Dəniz və Liman Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur.

2. “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1181-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 iyul tarixli 212 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (I kitab), maddə 1498, № 11, maddə 2265) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 3.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“3.1. “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin 2-ci hissəsinin dördüncü abzasının birinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;”;

2.2. aşağıdakı məzmunda 3.1-1-ci bənd əlavə edilsin:

“3.1-1. həmin Qanunun 9-cu maddəsinin birinci hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;”;

2.3. 3.2-ci bənddə ismin müvafiq hallarında “bənd” sözü ismin müvafiq hallarında “hissə” sözü ilə, “bəndlərində” sözü “hissələrində” sözü ilə əvəz edilsin;

2.4. 3.3-cü bənddə “bəndinin” sözü “hissəsinin” sözü ilə əvəz edilsin;

2.5. 3.4-cü bənd aşağıdakı redaksiyada verilsin:

“3.4. həmin Qanunun 25-ci maddəsinin 2-ci hissəsinin dördüncü abzasının birinci cümləsində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini tabeliyindəki Dövlət Dəniz və Liman Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir;”.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 17 iyun tarixli 549-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Azərbaycan Respublikası Prezidentinin “Pambıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə” 2011-ci il 3 mart tarixli 390 nömrəli, “2011-ci il mayın 17-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Çexiya Respublikasının Texniki Standartlaşdırma, Metrologiya və Dövlət Sınaqları üzrə İdarəsi arasında standartlaşdırma, metrologiya və uyğunluğun qiymətləndirilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə” 2011-ci il 27 iyul tarixli 486 nömrəli, “2011-ci il noyabrın 29-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və Polşanın Standartlaşdırma üzrə Komitəsi arasında standartlaşdırma sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə” 2012-ci il 7 fevral tarixli 582 nömrəli və “2012-ci il oktyabrın 17-də Moskva şəhərində imzalanmış “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə Avrasiya Patent Təşkilatının Avrasiya Patent İdarəsi arasında Azərbaycan Milli Elmlər Akademiyasına və onun bölmələrinə, Azərbaycan Respublikasının ictimai kitabxanalarına, universitetlərinə (ali təhsil müəssisələrinə) və elmi-texniki mərkəzlərinə Avrasiya patent-informasiya sistemindən istifadəyə icazə verilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə” 2012-ci il 19 dekabr tarixli 783 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Prezidentinin “Alkoqollu içkilər, etil (yeyinti) spirti və tütün məmulatı istehsalının, saxlanmasının, idxalının və satışının tənzimlənməsi haqqında” 1996-cı il 20 dekabr tarixli 527 nömrəli, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə” 1999-cu il 15 aprel tarixli 122 nömrəli, “Kiçik sahibkarlığa dövlət köməyi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 4 avqust tarixli 171 nömrəli, “Azərbaycan Respublikasının 2000-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 4 dekabr tarixli 212 nömrəli, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 18 yanvar tarixli 261 nömrəli, “Azərbaycan Respublikası Vergilər Nazirliyinin yaradılması haqqında” 2000-ci il 11 fevral tarixli 281 nömrəli, “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 25 avqust tarixli 386 nömrəli, “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” 2000-ci il 25 avqust tarixli 387 nömrəli, “Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin tətbiq edilməsi barədə” 2000-ci il 25 avqust tarixli 388 nömrəli və “Azərbaycan Respublikasının 2001-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2000-ci il 28 noyabr tarixli 422 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.