Xəzər dənizinin cənub istiqamətində dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisi həmin istiqamətə göndərilib və sahilboyu əraziyə sahil nəzarəti bölmələri tərəfindən mühafizə gücləndirilib.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən VETENNAMİNE.AZ – saytına bildirilib ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Lənkəran rayonunun Nərimanabad qəsəbəsi ərazisində 1993-cü il təvəllüdlü Sumqayıt şəhər sakini Əliyev Eduard Rəhman oğlu və 1992-ci il təvəllüdlü Masallı rayonu Qodman kənd sakini Əlizadə Nurəddin Şirvan oğlu ümumi çəkisi 11 kiloqram 592,44 qram narkotik vasitə (7 kq 435 qram marixuana, 1 kq 810 qram heroin, 662,44 qram metamfetamin və 1 kq 685 qram metadon M40 narkotik tərkibli güclü təsiredici vasitə hesab edilən həb) ilə saxlanılıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Vətən Naminə Mətbuat Xidməti