Azərbaycan Respublikası ilə Şimali-Kipr Türk Respublikaları arasındakı birlik-bərabərlik münasibətləri hər zaman diqqətimizdədir

Bu gün Azərbaycan Respublikası ilə Şimali Kipr Türk Respublikasının dostluq-qardaşlıq münasibətləri, xalqlarımız arasındakı birlik və bərabərlik mövzusuna toxunacıq.

Belə ki, ilk öncə Şimali Kipr Türk Respublikasında fəaliyyət göstərən Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il” münasibətilə ölkə prezidenti və həmin ölkədə yaşayan həmvətənlərimizin iştirakı ilə keçirdikləri tədbir haqqında məlumat verək:

“Tədbirdə çıxış edən Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin sədri Orxan Həsənoğlu iştirakçıları Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib və ən xoş arzularını çatdıraraq bu bayramın dünya azərbaycanlılarının vahid birlik ətrafında birləşməsində xüsusi rolunu vurğulayıb.

Həmrəylik gününün tarixinə diqqət çəkən Həsənoğlu: 1989-cu ildə başlayan Azərbaycan xalqının azadlıq sevgisinin simvoluna çevrilən Həmrəylik Bayramını Ulu Öndər Heydər Əliyev 1993-cü ildən rəsmiləşdirərək dünya azərbaycanlılarını sevindirib. Ölkə başçısı İlham Əliyevin siyasi iradəsi ilə ölkəmizin zəfər əldə etməsi isə bu birliyimizi daha da möhkəmləndirib”.

Daha sonra Şimali Kipr Türk Respublikasında yaşayan azərbaycanlı professorlar Fəxrəddin Məmmədov və tanınmış bəstəkar Cavanşir Quliyev xalqımızın birlik və bərabərliyindən bəhs ediblər.

Tədbirə qatılan Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatar xalqımızı təbrik edib və qonaqları salamlayıb. ŞKTR prezidenti vurğulayıb ki: “Sizlərlə birlikdə olmaq məni hər zaman sevindirir və həyəcanlandırır. Əgər bu coşqunu, həyəcanı hissetməsəniz bunu yaşaya bilmərsiniz, insanları bu birliyə inandıra bilməzsiniz. Biz böyük bir millətin övladları olaraq köklü bir millətik, üç dövlətik. Bayraqlarımız müstəqilliyimizin gücümüzün və bütün dünyadakı Türklərin azadlıq məşaləsi və ifadəsidir. Bütün azərbaycanlı qardaşlarımızı salamlayıram və bu gözəl bayramlarını təbrik edirəm. Sizin Qarabağda əldə etdiyiniz zəfər bizimdə zəfərimizdir”.

Ersin Tatar: “Kiprli türklər çox acılar çəkdi, bu çətinliklərimizdə hər zaman ana vətən Türkiyə yanımızda oldu. Azərbaycanlı qardaşlarımızın bizə ürəkdən bağlı olduğundan əminik. Xüsusi olaraq Azərbaycan prezidenti İlham Əliyevin doğum gününü təbrik edirəm. Ümid edirəm ki, yaxın tarixlərdə onun kıbrıslı türklərə bir mesajı olacaqdır ”.

Bəli, bu tədbirdən də aydın görünür ki, Azərbaycan Respublikası ilə Şimali-Kipr Türk Respublikaları arasında güclü dostluq əlaqələri mövcuddur. Biz inanırıq ki, bir millətin övladları olaraq hər zaman bu əlaqələri qoruyub, inkişaf etdirəcik.

 

Hazırladı

Həlimə Əliyeva

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.