HomeBütün XəbərlərAzərbaycan QMƏVŞAİB Sumqayıt şəhər filialının illik hesabat yığıncağı keçirilmişdir

Azərbaycan QMƏVŞAİB Sumqayıt şəhər filialının illik hesabat yığıncağı keçirilmişdir

Azərbaycan QMƏVŞAİB Sumqayıt şəhər filialının illik hesabat yığıncağı keçirilmişdir

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyi Sumqayıt şəhər filialının 2017-ci il dekabrın 20-də hesabat yığıncağı keçirilmişdir. Yığıncaqda Sumqayıt şəhər İcra Hakimiyyətinin rəsmisi Fərman Kazımov, Azərbaycan QMƏVŞAİB-in sədri Mehdi Mehdiyev, Mərkəzi Təftiş Komissiyasının sədri Aris Məmmədov, birliyin sədr müavini Əlisəfa Quliyev və digər QHT rəhbərləri iştirak etmişlər.

Əvvəlcə şəhidlərin və ictimai birlik üzvlərindən hesabat dövründə rəhmətə gedənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra ictimai birliyin Sumqayıt filialının sədri Tərlan Hacı-zadə çıxış edərək il ərzində filialın fəaliyyəti haqqında hesabat verdi və qarşıda duran vəzifələrdən danışdı.

Hesabat ətrafında müzakirələrdə ictimai birliyin üzvləri çıxış edərək sədrin hesabatı ilə əlaqədar fikirlərini bildirdilər, ictimai birliyin Sumqayıt şəhər filialının fəaliyyətini qənaətbəxş hesab etdilər və ictimai birliyə yeni-yeni uğurlar arzuladılar.

Tədbirin sonunda filialın sədri iclasa yekun vuraraq edilmiş təklifləri nəzərə almaqla növbəti ilə onların icrasına çalışacaqlarını bildirdi. Bununla da iclas öz işinə yekun vurdu.