HomeBütün XəbərlərAzərbaycan QMƏVŞAİB Nizami rayon filialının hesabat yığıncağı keçirilmişdir

Azərbaycan QMƏVŞAİB Nizami rayon filialının hesabat yığıncağı keçirilmişdir

Azərbaycan QMƏVŞAİB Nizami rayon filialının hesabat yığıncağı keçirilmişdir

2017-ci il dekabrın 5-i Azərbaycan QMƏVŞAİB Nizami rayon filialının hesabat yığıncağı keçirilmişdir.

Filialın inzibati binasında keçirilən yığıncaqda QMƏVŞAİB-in sədr müavini polkovnik-leytenant Şura Musayev, Rayon İcra Hakimiyyəti başçısı Aparatinin əməkdaşı Eldəniz Zeynalov və filialın üzvləri iştirak etmişlər.

Tədbir iştirakçıları ilk öncə Azərbaycanın milli qəhrəmani Şirin Mirzəyevin filialın önündəki büstünü, rayonun Q.Qarayev prospektində yerləşən “Şəhidlər Abidəsini” və rayonun Keşlə qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında Azərbaycanın azadlığı uğrunda şəhid olmuş şəhidlərin məzarlarını ziyarət edərək məzarların üzərinə tər qərənfillər qoymuşlar.

Tədbirdə ilk öncə ehtiram əlaməti olaraq ulu öndər Heydər Əliyevin, Azərbaycanın bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin, sonradan dünyasını dəyişmiş Qarabağ müharibəsi əlilləri və veteranlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Yığıncaqda Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyi Nizami rayon filialının hesabatlı dinlənilmiş, hesabat dövrü ərzində filialın fəaliyyəti haqqında ətraflı çıxışlar edilmiş, dövlətin müharibə əlillərinə, veteranlarına və şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışılmışdır. Hesabat dinlənildikdən sonra sədr Məhi Mehtiyev iclas iştirakçılarına müraciət edərək hesabata münasibət bildirilməsini xahiş etdi və hesabat yekdilliklə qəbul edildi.

Şəhid ailəsindən Dilarə Ələkbərova, II qrup Qarabağ müharibəsi əlilləri Vahid Alıyev, Rəcəb Baxşıyev və Qarabağ müharibəsi veteranları Kəmalə Nağıyeva və Haci Ferhad Bagirov çıxış edərək rayon filialının fəaliyyətindən danışdılar. Onlar filialı özlərinə arxa-dayaq bildiklərini və hər hansı bir problemləri olduqda filialın idarə heyəti üzvlərinə və şəxsən filialın sədri Məhi Mehtiyevə müraciət etdiklərini və həmişə problemlərinin tam həll olunduğunu bildirmişlər.

QMƏVŞAİB-in sədr müavini Şura Musayev çıxış edərək birliyin sədri polkovnik Mehdi Mehdiyevin salamlarını yığıncaq iştirakçılarına çatdırmışdır. O, filialın işini qənaətbəxş hesab etdiyini bildirmiş və gələcək işlərində uğurlar arzulamışdır.

Nizami Rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşı Eldəniz Zeynalov da həmçinin icra başçısı Arif Qasımovun salamlarını iştirakçılara çatdıraraq filialın 1 illik fəaliyyətini qənaətbəxş hesab etmişdir.