HomeBütün XəbərlərAzərbaycan QMƏVŞAİB Mingəçevir şəhər filialının illik hesabat yığıncağı keçirilmişdir

Azərbaycan QMƏVŞAİB Mingəçevir şəhər filialının illik hesabat yığıncağı keçirilmişdir

Azərbaycan QMƏVŞAİB Mingəçevir şəhər filialının illik hesabat yığıncağı keçirilmişdir

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyi Mingəçevir şəhər filialının 2017-ci il dekabrın 14-də hesabat yığıncağı keçirilmişdir. Yığıncaqda ictimai birliyin üzvləri iştirak etmişlər. Əvvəlcə şəhidlərin və ictimai birlik üzvlərindən hesabat dövründə rəhmətə gedənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra ictimai birliyin Mingəçevir filialının sədri Nizami Təhməzov çıxış edərək il ərzində filialın fəaliyyəti haqqında hesabat verdi və qarşıda duran vəzifələrdən danışdı.

Hesabat ətrafında müzakirələrdə ictimai birliyin üzvlərindən Arif Babayev, Xəlil Soltanov, Nüsrət Məmmədov, Ədil Quliyev, Elxan Ağayev, Şükür Babayev, Vahid Mehdiyev, Suqra Ələkbərova, Tofiq İsayev, Zərifə Mahmudova çıxış edərək sədrin hesabatı ilə əlaqədar fikirlərini bildirdilər, ictimai birliyin Mingəçevir şəhər filialının fəaliyyətini qənaətbəxş hesab etdilər və ictimai birliyə yeni-yeni uğurlar arzuladılar.

Tədbirin sonunda filialın sədri iclasa yekun vuraraq edilmiş təklifləri nəzərə almaqla növbəti ilə onların icrasına çalışacaqlarını bildirdi. Bununla da iclas öz işinə yekun vurdu.