HomeBütün XəbərlərAzərbaycan QMƏVŞAİB-in Yasamal rayon filialının 2019-cu il üzrə hesabat yığıncağı keçirilmişdir

Azərbaycan QMƏVŞAİB-in Yasamal rayon filialının 2019-cu il üzrə hesabat yığıncağı keçirilmişdir

Azərbaycan QMƏVŞAİB-in Yasamal rayon filialının 2019-cu il üzrə hesabat yığıncağı keçirilmişdir

2019-cu il noyabrın 26-da Azərbaycan QMƏVŞAİB-in Yasamal rayon filialının 2019-cu il dövrünü əhatə edən hesabat yığıncağı keçirildi. Yığıncaqda ictimai birliyin sədr müavini Şura Musayev, Yasamal rayon İcra Hakimiyyətinin Ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zöhrab Cəfərov, şöbə müdirinin müavini Nazilə Rəhimova, ictimai birliyin Yasamal rayonunda yaşayan üzvləri və digər rəsmi qonaqlar iştirak etdilər.

Tədbir şəhidlərimizin ruhuna bir dəqiqəlik sükutla açıldı. Şəhidlərimizin ruhuna dualar oxundu.

Yasamal rayon filialının sədri Bəhram Şeydayev filialın 2019-cu ildə fəaliyyəti haqqında geniş hesabat verdi.

Çıxış edən natiqlər Yasamal rayon filialının cari ildəki fəaliyyətinin qənaətbəxş olduğunu bildirdilər.

Tədbirin sonunda xatirə şəkiləri çəkdirildi.