HomeBütün XəbərlərAzərbaycan QMƏVŞAİB-in Ümumrespublika Hesabat Qurultayı və 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi gününə həsr olunmuş bədii-əyləncəli tədbir keçirilmişdir

Azərbaycan QMƏVŞAİB-in Ümumrespublika Hesabat Qurultayı və 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi gününə həsr olunmuş bədii-əyləncəli tədbir keçirilmişdir

Azərbaycan QMƏVŞAİB-in Ümumrespublika Hesabat Qurultayı və 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi gününə həsr olunmuş bədii-əyləncəli tədbir keçirilmişdir

2017-ci il dekabrın 22-də Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin Ümumrespublika Hesabat Qurultayı və 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə tədbir keçirilmişdir. Qurultayda Azərbaycan QMƏVŞAİB-in üzvləri və KİV nümayəndələri iştirak edirdilər.

İlk öncə Qurultay iştirakçıları, Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq Zərifə Əliyevanın, daha sonra Şəhidlər Xiyabanında şəhidlərin məzarlarını ziyarət etmiş, əklil və gül dəstələri qoymuşlar.

İctimai birlik yarandığı gündən xalqın vətənpərvər oğul və qızlarının rifahı naminə çalışmış, Vətən torpaqlarının azadlığı uğrunda canından keçmiş şəhidlərimizin ailə üzvlərinə maddi və mənəvi dayaq olmuşdur. İctimai birliyimizin rəhbərliyi, başda birliyin sədri Mehdi Mehdiyev olmaqla mütəmadi olaraq bölgələrə səfərlər edir, Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin problemləri ilə maraqlanır, müvafiq qurumlar qarşısında problemlərin həlli ilə bağlı məsələlər qaldırırlar.

Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində də ictimai birliyin xidmətləri böyükdür. Məktəblərdə, hərbi hissələrdə gənclərlə keçirilən görüşlərdə vətənpərvərlik mövzusuna toxunulur, igid vətən oğullarımızın fəaliyyəti nümunə kimi təbliğ olunur. Bu sahədə görülən işlərin əhəmiyyəti dəfələrlə yuxarı təşkilatların rəhbərləri tərəfindən də qeyd olunmuşdur.

Ümumrespublika Hesabat Qurultayında ictimai birliyin sədri Mehdi Mehdiyev iştirakçılar qarşısında il ərzində görülən işlər barədə hesabatla çıxış etmişdir. O, hesabatında ictimai birliyin il ərzində gördüyü işlərdən, keçirdiyi tədbirlərdən, müraciət etmiş Qarabağ müharibəsi statusundan olan insanların problemlərinin həllindən, onların sosial-məişət və digər problemlərinin aidiyyatı üzrə dövlət qurumlarının qarşısında qaldırıldığını bildirmişdir: “Ötən dövr ərzində Şəhid ailələrindən, Qarabağ müharibəsi əlillərindən və veteranlarindan müxtəlif problemlərlə əlaqədar təşkilata ümumilikdə 6039  (473) ərizə və müraciət daxil olmuşdur. Onlardan 5147 (360) öz müsbət həllini tapmışdır. İctimai birliyin dəstəyi ilə il ərzində 1 nəfər şəhid ailəsi, 12 nəfər Qarabağ müharibəsi əlili və 1 nəfər Qarabağ müharibəsi veteranı pulsuz ürək əməliyyatı olunmuşlar, 1 nəfər Qarabağ müharibəsi əlili pulsuz onkoloji əməliyyat və əməliyyatdan sonra müalicə almışdır”.

M.Mehdiyev görülən müsbət işlərlə yanaşı, bəzi filial sədrlərinin öz vəzifələrinin icrasına səhlənkar yanaşdıqlarını da bildirdi. “Belə filialların sədrlərinə üzümü tutub deyirəm ki, bu belə davam edə bilməz” – deyə sədr öz iradlarını qeyd etdi.

Mehdi Mehdiyev qeyd etmişdir ki, müharibə statuslu insanların vətənpərvərlik işində aktivliyinin artırılması, dövlətçilik yolunda birləşməsi, təşkilatın fəaliyyətində xidməti olanların mükafatlandırılması, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və veteranlarina daima diqqət və qayğı göstərən insanların dəyərləndirilməsi məqsədi ilə birlik tərəfindən  “FƏDAİ”,  “Vətən Naminə” və “Vətənpərvərlik işində fərqləndiyinə görə” medalları təsis edilmişdir.

Daha sonra ictimai birliyin Mərkəzi nəzarət-təftiş komisiyasinin sədri Aris Məmmədov hesabatla çıxış etmişdir. Hesabatında o, ictimai birliyin qarşısında duran vəzifələrin əsasən yerinə yetirildiyini və bəzi filiallarda müəyyən nöqsanların olduğunu bildirdi. A.Məmmədov ictimai birliyin illik fəaliyyətinin MNTK tərəfindən qənaətbəxş hesab edildiyini qeyd etdi.

Hesabatlar dinlənildikdən sonra müzakirələr başlandı. Sumqayıt şəhər filialının sədri Tərlan Hacızadə çıxış edərək ictimai birliyin hesabatının qənaətbəxş hesab edilməsi təklifini irəli sürmüşdür. Digər çıxış edənlər də ictimai birliyin fəaliyyətinin qənaətbəxş hesab edilməsi təklifini irəli sürdülər. Hesabat yekdilliklə qənaətbəxş hesab edildi.

Daha sonra ictimai birliyin sədri Mehdi Mehdiyev növbəti 2018-ci il üçün ictimai birliyin qarşısında duran məsələlərdən danışdı, öz tapşırıqlarını verdi.

Tədbirin sonunda Qurultay iştirakçılarının Azərbaycan Respublikasının prezidenti İlham Əliyeb cənablarına  Müraciəti oxundu və yekdilliklə qəbul edildi.

Hesabat qurultayı bitdikdən sonra “Azəri” şadlıq sarayında 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi gününə həsr edilmiş bədii tədbir keçirilmişdir.

Bayram tədbirini giriş sözü ilə ictimai birliyin sədri Mehdi Mehdiyev açdı. O, bütün iştirakçıları salamlayaraq bu əlamətdar gün və bayram münasibətilə onları təbrik etdi.

Daha sonra Azərbaycan QMƏVŞAİB-in il ərzində birinci 10 yeri tutan filialın sədri Fəxri Fərmanla təltif olundular.

Tədbirdə iştirak edən qonaqlardan Milli Məclisin deputatı, Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Natiq Məmmədov, Prezident Administrasiyasının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Rasim Mirzəyev tədbir iştirakçıları qarşısında müharibə statuslu insanlara dövlət qayğısından danışdılar və bu qayğının bundan sonra da cənab prezidentin diqqət mərkəzində olcağına əmin olduqlarını bildirdilər. Onlar həmçinin tədbir iştirakçılarını 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə təbrik etdilər.

Tədbirdə bir neçə dövlət və ictimai xadim vətənpərvərlik işində Qarabağ müharibəsi statusuna malik insanlara göstərdiyi diqqət və qayğıya görə ictimai birliyin təsis etdiyi “Vətən Naminə” medalı ilə təltif edildilər.