HomeBütün XəbərlərAzərbaycan QMƏVŞAİB-in Cəbrayıl rayon filialının illik hesabat iclası keçirilmişdir

Azərbaycan QMƏVŞAİB-in Cəbrayıl rayon filialının illik hesabat iclası keçirilmişdir

Azərbaycan QMƏVŞAİB-in Cəbrayıl rayon filialının illik hesabat iclası keçirilmişdir

2019-cu il noyabrın 22-si Azərbaycan QMƏVŞAİB-in Cəbrayıl rayon filialının illik hesabat iclası keçirilmişdir. Öncə ictimai birliyin üzvləri Bakıdakı Şəhidlər Xiyabanına gələrək şəhidlərimizin məzarlarını ziyarət etmişlər.

Hesabat iclasını filialın sədri Cəbuhi Hüseynov açıq elan etmiş, Azərbaycanın Dövlət Himni səsləndirilmiş və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Hesabat iclasında Cəbrayıl rayon İcra Hakimiyyəti başçısının birinci müavini və YAP Cəbrayıl rayon təşkiatının sədri Arif Fərzəliyev, Azərbaycan QMƏVŞAİB-in sədr müavini, ehtiyatda olan polkivnik Şura Musayev, SHXÇDX-nin Cəmrayıl rayon bölməsinin müfəttişi Vaqif Mahmudov, Icra Hakimiyyətinin qəsəbə və kənd nümayəndəliklərinin rəhbərləri və filialın üzvləri iştirak etmişlər.

Filialın sədri Səbuhi Güaeynov illik hesabat məruzəsi ilə çıxış etmişdir. İl ərzində görülən işlər iştirakçılar tərəfindən qənaətbəxş hesab olunmuşdur.