Azərbaycan Ordusunda yeni tədris dövrü başlayıb

2022-ci ilin fəaliyyət planına uyğun olaraq Azərbaycan Ordusunun qoşun növləri, birlik, birləşmə və hərbi hissələrində yeni tədris dövrü başlayıb.
Azərbaycan Ordusunda təlim-tədris prosesi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qarşıya qoyduğu tələblərə, müdafiə nazirinin əmr və sərəncamlarına müvafiq olaraq döyüş hazırlığının yüksək səviyyədə saxlanmasını təmin etmək məqsədilə quruda, dənizdə, havada real təhdid və risklərin nəzərə alınması ilə keçiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.